. Love.az

Elmeddin Elibeyzade - Wikipedia - Love.az

Ana Səhifə - Elmeddin Elibeyzade

Elməddin Məhəmməd oğlu Əlibəyzadə (5 noyabr 1925, Muxas, Oğuz rayonu, Azərbaycan SSR – 26 mart 2015, Bakı) — Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, professor.

Elməddin Əlibəyzadə
Elməddin Məhəmməd oğlu Əlibəyzadə
Doğum tarixi 5 noyabr 1925
Doğum yeri Muxas, Oğuz rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 26 mart 2015 (89 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elm sahələri Türkologiya, filologiya
Elmi dərəcəsi elmlər doktoru
Elmi adı professor

Mündəricat

  • 1 Həyatı
  • 2 Kitabları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Elməddin Əlibəyzadə 5 noyabr 1925-ci ildə Oğuz rayonunun Muxas kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Son iş yeri AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutu olub.

İslamaqədərki Azərbaycan mədəniyyəti (xüsusən Şumer mədəniyyəti ilə əlaqələr aspektində), Azərbaycan-Şumer mədəniyyətinin ümumi mənşəyi problemi, dünya və xüsusən Azərbaycan yazı mədəniyyətinin yaranması və inkişafı, Yenisey abidələrinin tərtibi prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycan-türk bədii təfəkkürünün xüsusiyyətəri, dünya dinlərinin mənşəyi və təsir dairələri, xüsusiylə ilk dini-ədəbi abidə olan "Avesta", onun tarixi kökləri və b. məsələlərin tədqiqi ilə məşğul olmuşdur.

26 mart 2015-ci il tarixində Bakı şəhərində vəfat edib.

Kitabları

redaktə
  1. Ədəbi şəxsiyyət və dil. Bakı: "Yazıçı" nəşriyyatı, 1982, 198 s.
  2. Qədim dünyamızın ulu kitabı. Bakı: Gəncllik, 1996,120 s.
  3. Ana kitabələr. Bakı: Azərnəşr, 1996, 228s.
  4. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi (İslamaqədərki dövr). Bakı: Gənclik, 1998, 524 s.
  5. “Kitabi Dədə-Qorqud” Bakı: Azərbaycan Tərcümə mərkəzi,1999, 332s.
  6. İqrar Əliyevin əleyhinə 9 məqalə. Bakı: Təfəkkür, 2000.84, s.
  7. Nizami və tariximiz. Bakı: ADPU-nun mətbəəsi, 2004, 187 s.
  8. “Avesta” Azərbaycan xalqının mənəvi mədəniyyət tarixidir. Bakı:Yurd, 2005, 140s.
  9. Türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları. Bakı: "Elm" RNPM, 2007, 188 s.
  10. Azərbaycan dilinin tarixi. İki cilddə. I cild. Bakı: Azərbaycan Tərcümə Mərkəzi, 2007, 660 s.
  11. Azərbaycan dilinin tarixi. İki cilddə. II cild. Bakı: Azərnəşr, 2008, 640 s.
  12. Azərbaycan ədəbiyyatı tarixi (ən qədim dövrlər). Bakı: "Qarabağ" nəşriyyatı, 2009, 828 s.
  13. Azərbaycanşünaslığa giriş. Bakı: Ozan, 2010, 860 s.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  1. Эльмаддин Махаммед оглы Алибейзаде - science.gov.az Arxivləşdirilib 2013-01-15 at Archive.today
  2. Elməddin Məhəmməd oğlu Əlibəyzadə - literature.az Arxivləşdirilib 2016-03-11 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elməddin_Əlibəyzadə&oldid=7778445"
LOVE.AZ