. Love.az

Elman Mirzeyev - Wikipedia - Love.az

Ana Səhifə - Elman Mirzeyev

Elman Mirzəyev (1959, Bakı) — kino rəssamı, ikinci rəssam, rəssam assistenti.

Elman Mirzəyev
Doğum tarixi 1959
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti rəssam
Təhsili
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi

Mündəricat

  • 1 Həyatı
  • 2 Filmoqrafiya
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

1959-cu ildə Bakı şəhərində anadan olub.

1980-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib.

1982-ci ildən "Kirpi" satirik jurnalı ilə sıx əməkdaşlıq edir, eyni zamanda respublikada çap olunan mətbuatda karikaturaçı rəssam kimi çalışır.

1982-ci ildən Kinostudiyada cizgi-filmləri rəssamı kimi çalışıb.

1985-ci ildən "Marianet kuklalar" teatrının aparıcı rəssamıdır.

2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

1999-2003-cü illərdə Bakıda fərdi sərgiləri keçirilib. Azərbaycanda və xaricdə keçirilən beynəlxalq Karikatura müsabiqələrinin iştirakçısı və mükafatçısıdır.

Əsərləri onlarla kataloqda dərc olunub. UNESCO-nun xüsusi mükafatına layiq görülüb.

2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin idarə heyətinin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun vitse-prezidentidir

Filmoqrafiya

redaktə
  1. Yatmaq vaxtıdır (film, 1984)
  2. Bir axşam... (film, 1985)
  3. Anam ağaca çıxıb (film, 1986)
  4. Seans (film, 1988)
  5. Söhbətül-əsmar (film, 1994)

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  • Elman Mirzəyev[ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elman_Mirzəyev&oldid=7250706"
LOVE.AZ