Bu səhifənin Azərbaycan Milli Elmlər Akademiyası səhifəsi ilə eyni başlıq altında birləşdirilməsi qərara alınıb. İnzibatçılar: zəhmət olmasa, müvafiq hallarda səhifələrin tarixçələrini də birləşdirməyi unutmayın. |
Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi (EİM) - Azərbaycan Respublikasının informasiya və innovasiya mərkəzidir.
Elmi İnnovasiyalar Mərkəzi EİM | |
---|---|
Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzi | |
![]() | |
Növü | Dövlət təşkilatı |
Yaranma tarixi | 2008-ci il |
Qeydiyyat tarixi | 1994-cü il |
Rəsmi dili | Azərbaycan dili |
Mərkəzi | Bakı/Azərbaycan |
innovasiya.az |
EİM-in fəaliyyətinin məqsədi - yeni bilik və texnologiyaların istifadəsi, mənimsənilməsi və yayılmasını təmin edən milli innovasiya sisteminin formalaşması prosesində koordinasiya funksiyasını icra etmək, respublikada yerinə yetirilən elmi-tədqiqat işlərinin təhlili, elmtutumlu sahələrin və regionların innovasiya inkişafı ilə bağlı elmi-tədqiqat işlərinin aparılması, qabaqcıl texnologiyaların transferi, innovasiyalar haqqında məlumatın toplanması, bu sahədə məlumat bazasının yaradılması və ondan istifadənin təmin edilməsi.