. Love.az

Elmi Edebiyyat - Wikipedia - Love.az

Ana Səhifə - Elmi Edebiyyat
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Elmi ədəbiyyat — elmi metod çərçivəsində aparılmış tədqiqatların, nəzəri ümumiləşdirmələrin nəticəsində yaradılmış yazılı əsərlər məcmusudur.

Mündəricat

  • 1 Elmi ədəbiyyatın faydaları
  • 2 İlk elmi əsərlərin janrları
  • 3 Elmi ədəbiyyatın formaları
  • 4 Elmi ədəbiyyatın attestasiya mexanizmi
  • 5 Elmi ədəbiyyatın nəşrinə olan əsas tələblər
  • 6 Elmi ədəbiyyatın daşıyıcıları
  • 7 "PLOS One" –da aparılmış tədqiqatlar
  • 8 Qeyd
  • 9 Mənbə
  • 10 İstinadlar

Elmi ədəbiyyatın faydaları

redaktə

Elmi ədəbiyyat alimləri və mütəxəssisləri elmin son nailiyyətləri ilə məlumatlandırmaq, eləcə də elmi kəşflərin ilkinliyini möhkəmləndirmək işinə xidmət edir. Bir qayda olaraq, dərc olunmamış elmi iş tamamlanmış hesab olunmur.

İlk elmi əsərlərin janrları

redaktə

İlk elmi əsərlər müxtəlif janrlarda yaradılmışdır: traktat, mülahizə, nəsihət, dialoq, səyahət, tərcümeyi-hal və hətta şer formasında.

Elmi ədəbiyyatın formaları

redaktə

Hal-hazırda elmi ədəbiyyatın formaları standartlaşdırılmışdır və bura monoqrafiyalar, icmallar, məqalələr, məruzələr, resenziyalar, bioqrafik, geoqrafik və s.təsvirlər(oçerklər), qısa məlumatlar, avtoreferatlar, referatlar, məruzə və məlumat tezisləri, elmi-tədqiqat işləri haqqında dərc olunmuş şəkildə yayılan və eləcə də elmi-tədqiqat işləri haqqında dərc olunmayan hesabatlar, dissertasiyalar daxildir.

Elmi ədəbiyyatın attestasiya mexanizmi

redaktə

Hal-hazırda bir çox ölkələrdə elmi ədəbiyyatın hakimiyyət və ya ictimai elmi təşkilatlar tərəfindən dəstəklənən attestasiya mexanizmi mövcuddur. Məsələn, Rusiyada bu attestasiyanı AAK(Ali Attestasiya Komissiyası) həyata keçirir.

Elmi ədəbiyyatın nəşrinə olan əsas tələblər

redaktə

Elmi ədəbiyyatın nəşrinə olan əsas tələblərdən biri onun mütləq rəyə verilməsidir. Bu proses çərçivəsində nəşriyyat və ya elmi jurnalın redaksiyası yeni elmi əsəri dərc etməzdən əvvəl, onu bu sahədə mütəxəssis hesab edilən bir neçə (adətən iki) rəyçiyə göndərir. Rəy verilmə prosesi kobud metodoloji səhvləri olan və ya tamamilə saxtalaşdırılmış materialların elmi ədəbiyyat çərçivəsində nəşrinin istisnasına xidmət edir.

Elmi ədəbiyyatın daşıyıcıları

redaktə

XX əsrin başlanğıcından etibarən dərc olunan elmi ədəbiyyatın həcminin mütamadi surətdə eksponensional artımı müşahidə olunur. Bununla əlaqədar olaraq, hal-hazırda elmi ədəbiyyatın ən mühüm daşıyıcılarından biri dövri nəşrlər, əsasən, resenziyalaşdırılmış (rəy verilmiş) elmi jurnallardır. XX əsrin axırlarından bu jurnalların kağız daşıyıcılardan elektron daşıyıcılara — əsasən internetə keçməsi müşahidə olunur.

"PLOS One" –da aparılmış tədqiqatlar

redaktə

2015-ci ildə "PLOS One" –da aparılmış tədqiqatlara görə hal-hazırda 5 nəhəng nəşriyyat evi — Elsevier, Wiley, Taylor and Francis, Sage, Springer dünyada çıxan elmi ədəbiyyatın yarısından çoxuna nəzarət edir.[1]

Qeyd

redaktə
  • Elmi ədəbiyyat — Böyük sovet ensiklopediyasından məqalə
  • Elmi elektron kitabxanalar: aktual məsələlər və onların həllinin müasir yolları
  • "Elmi dövri ədəbiyyat: problemlər və həllər", № 2, 2013-cü il, s.20–29

Mənbə

redaktə

Senkeviç M. P. Elmi əsərlərin ədəbi redaktəsi —M.1970

İstinadlar

redaktə
  1. ↑ Senkeviç M. P. Elmi əsərlərin ədəbi redaktəsi —M.1970
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elmi_ədəbiyyat&oldid=8002498"
LOVE.AZ