Elmira Balahüseyn qızı Şabanova (1 noyabr 1940, Bakı) — Azərbaycanın görkəmli kino aktrisası, Azərbaycan Respublikası Xalq Artisti (2006), Prezident təqaüdçüsü.
Elmira Şabanova | |
---|---|
Elmira Balahüseyn qızı Şabanova | |
Doğum tarixi | (84 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1962 - indiyədək |
Təhsili | |
Mükafatları |
![]() ![]() |
IMDb | ID1077917 |
Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olmuşdur. Atası əvvəl zavod direktoru, sonra SSRİ Ali Sovetinin deputatı olub.[1] M.A. Əliyev adına ADİİ-da əvvəlcə aktyorluq (1958–1962), sonra rejissorluq fakültəsini bitirib. (1969)
Hələ institutun 1-ci kursunda rejissor Rüfət Şabanovla ailə qurub və rejissor ona filmlərdə çəkilməyi qadağan edib.[1]
Rejissor Rüfət Şabanovun həyat yoldaşı, rejissor Fuad Şabanovun anasıdır.
1962–1997 müəllim və dosent işləmişdir. "Azərbaycanfilm" kinostydiyasında 30-a yaxın bədii filmdə çəkilmişdir. Aktrisa 2 filmdə çəkildikdən sonra həyat yoldaşı Rüfət Şabanovun qadağası ilə 1977-ci ilədək kinoda görünməyib. 1977-ci ildə "Bədbəxtliyin astanasında" qısametrajlı bədii filmiylə kinoya qayıdan aktrisa xüsusilə 80-ci illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradıb. Onların arasında Anarın ssenarisi əsasında və rejissorluğu ilə çəkilmiş "Qəm pəncərəsi" filmində ustalıqla oynadığı Həmidə xanım obrazı mühüm yer tutur.