Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 12 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Elmira Kazımzadə (d. 1957, Bakı) – Azərbaycan alimi. Psixologiya sahəsindəki fəaliyyəti ilə tanınır.
Elmira Kazımzadə | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | psixologiya |
İş yeri | |
Təhsili | Moskva Dövlət Universiteti |
Elmira Kazımzadə 1957-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub.
1979-cu ildə Moskva Dövlət Universitetinin psixologiya fakültəsini bitirdikdən sonra BDU-nun pedaqogika və psixologiya kafedrasında əmək fəaliyyətinə başlayıb. 1990-cı ildə "Etnopsixoloji kontekslərdə özünüqiymətləndirmə faktorunun müqayisəli təhlili"nə həsr olunmuş elmi dissertasiya işini Kiyevdə Elmi Tədqiqat İnstitutunda müdafiə edib. 1992-ci ildən Gender və tətbiqi psixologiya kafedrasının müəllimidir.
1998-ci ildən indiyədək müxtəlif beynəlxalq layihələrdə tədqiqatçı və əlaqələndirici vəzifələrində çalışır. Birləşmiş Millətlər Təşkilatının, Dünya bankının və digər milli və beynəlxalq təlim-tədris müəssəsilərində aparıcı ekspert statusu qazanıb. Son 10 ildə 5 beynəlxalq nəşrdə həmmüəllif olub. Xarici jurnallarda 20-dən çox məqaləsi nəşr olunub. 2007–2009-cu illərdə Ali Təhsilə Dəstək Proqramının Məsləhət Şurasının üzvü kimi fəaliyyət göstərib. Tənqidi təfəkkür və reflektiv pedaqogika mövzusunda Azərbaycan və beynəlxalq layihələrin təşəbbüskarı olub. 2008-ci ildən ictimai əsaslarla Dərnəklərin Qiymətləndirmə Şurasının sədri vəzifəsində fəaliyyət göstərir. Təhsil Siyasəti Üzrə Beynəlxalq Şəbəkənin İdarə heyətinin üzvüdür.
Təhsil Proqramın Məsləhətçisi, Təhsil siyasəti və Tədqiqat üzrə Direktor — Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi NGO Proqramın koordinatoru (hal-hazırda),[1] Ali Təhsilə Yardım Proqramı OSİ – Azərbaycan akademik cəmiyyəti. 1992-ci ildən bəri BDU, Sosial Elmlər və Psixologiya fakültəsi, Qender və Tədbiqi psixologiya kafedrasının müəllimi 1998–2004 Açıq Cəmiyyət İnstitunun Yardım Fondu – Azərbaycan, təhsil direktoru və icra directorun müavini.
İdarə etdiyi layihələr (bir sıra təşkilatların əməkdaşlığı ilə):