Elmira Muradəliyeva (tam adı: Elmira Böyükağa qızı Muradəliyeva) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrası"nın professoru, tarix elmləri doktoru.[1][2]
Elmira Muradəliyeva | |
---|---|
Elmira Böyükağa qızı Muradəliyeva | |
Doğum tarixi | (74 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi |
Mükafatları |
11 oktyabr 1950-ci ildə Bakıda dünyaya gəlib.
1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix Fakültəsinə daxil olub.
1982-ci ildə Moskva Dövlət Universitetində "Bakı neft sənayesində inhisarçı kapitalın tarixinə dair kütləvi mənbələr" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1983 ildə bu işə görə Gənc tədqiqatçıların Ümumittifaq Müsabiqəsində Laureat diplomu ilə təltif olunmuşdur.
1991-ci ildə isə AMEA-nın Tarix institutunda "XIX yüzillyin II yarısında Quzey Azərbaycan şəhərləri"mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1982-ci ildən dosent, 1992-ci ildən professor elmi adını alıb.
1973-cü ildən günümüzədək öz elmi-pedaqoji fəaliyyətini Azərbaycan tarixi kafedrasında davam etdirir 80-dən artıq elmi əsərin, o cümlədən 3 monoqrafiyanın müəllifidir. 7 elmlər namizədi yetişdirib." Azərtelefilm " in çəkdiyi "Odlu məmləkət" monumental 12 seriyalı elmi-publisistik (rejissor Nazim Rza İsrafiloğlu) elmi məsləhətçisi və iştirakçısı olmuşdur.
1992–2002-ci illərdə Ali Attestasiya Komissiyasının tarix elmləri üzrə ekspert şurasının elmi katibi və üzvü olmuşdur.
Elmira Muradəliyeva Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü və Partiya Ali Məclisi sədrinin müavinidir.