. Love.az

Elnur Eliyev Siyasetci 1979 - Wikipedia - Love.az

Ana Səhifə - Elnur Eliyev Siyasetci 1979
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Elnur Əliyev.

Elnur Əliyev (1979, Bakı) — Mədəniyyət nazirinin birinci müavini (2021–2022)[1]. İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi.[2] Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri.

Elnur Əliyev Əli Oğlu
Azərbaycan Respublikası Mədəniyyət nazirinin I müavini
7 sentyabr 2021 – 3 noyabr 2022
Şəxsi məlumatlar
Doğum tarixi 1979
Doğum yeri Bakı, Azərbaycan SSR
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti
Uşağı 3 övladı var

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər
  • 4 Mənbə

Həyatı

redaktə

Elnur Əli oğlu Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr (1999-cu il) və magistr (2001-ci il) dərəcələrini əldə edib. 2009–2013-cü illərdə Böyük Britaniyanın Mançester Biznes Məktəbinin Maliyyə üzrə Biznes İdarəedilməsi (MBA) proqramını müvəfəqiyyətlə bitirib.

Elnur Əliyev 2000–2004-cü illərdə Xarici İşlər Nazirliyində çoxtərəfli diplomatiya sahəsində çalışıb, regional təşkilatlar çərçivəsində (Aİ, QDİƏT, GUAM, ECO və s.) əməkdaşlığa töhfə verib və bir sıra regional əməkdaşlıq qruplarında sədrlik edib.

2004–2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı Səfirliyində işləyib və müxtəlif sahələrdə Azərbaycan və Aİ arasında əməkdaşlığın əlaqələndirilməsinə məsul olub.

E. Əliyev 2008–2017-ci illərdə Ciddədə yerləşən İslam İnkişaf Bankına müxtəlif vəzifələrdə, o cümlədən beynəlxalq ticarətin maliyyələşdirilməsində MDB üzrə baş menecer vəzifəsində çalışıb.

Elnur Əliyev 2017–2020-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyində ticarət nümayəndəsi vəzifəsində çalışıb.

2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı E. Əliyevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.2020-ci ildə Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin edilib.[3] O, bu vəzifədə 2021-ci ilə qədər çalışıb

2020-ci ildən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədridir.

Mədəniyyət nazirinin birinci müavini (07.09.2021–03.11.2022)[1][4].

İngilis, rus, fransız dillərində danışır.

Evlidir, üç övladı var.

İstinadlar

redaktə
  1. ↑ 1 2 "E.Ə.Əliyevin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-10.
  2. ↑ "İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-11.
  3. ↑ Mədəniyyət Nazirliyində kadr islahatları [ölü keçid]
  4. ↑ "Elnur Əliyev mədəniyyət nazirinin birinci müavini təyin olunub". 2021-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-11.

Xarici keçidlər

redaktə
  • Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri Elnur Əliyev | Tam Vaxtı
  • Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru: Beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq işini dəstəkləməyə çağırırıq
  • Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu il bir sıra layihələr həyata keçirəcək

Mənbə

redaktə
  • Elnur Əli Oğlu Əliyev
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elnur_Əliyev_(siyasətçi,_1979)&oldid=7177740"
LOVE.AZ