Elnur Hidayətoğlu — Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Elnur Hidayətoğlu | |
---|---|
![]() | |
Doğum tarixi | |
Doğum yeri |
Beyləqan rayonu Şərq qəsəbəsi |
Vətəndaşlığı | Azərbaycanlı |
İxtisası | Jurnalistika |
Fəaliyyəti | jurnalist |
1983-cü ildə Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olub. Bakı Dövlət Unversitetinin Jurnalistika fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin menecment ixtisasını bitirib.
ANS Müstəqil Yayım və Media Şirkətinin “İç xəbər” ictimai-sosial xəbərlər proqramının aparıcısı, APA TV-də “Sosium” ictimai-sosial proqramının layihə rəhbəri və aparıcısı olub.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda Təbliğat işləri üzrə şöbə müdiri, Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsində çalışıb.
Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır.