. Love.az

Elnur Memmedov Gimnast - Wikipedia - Love.az

Ana Səhifə - Elnur Memmedov Gimnast
Bu adın digər istifadə formaları üçün bax: Elnur Məmmədov.

Elnur Məmmədov (9 fevral 2005) — azərbaycanlı batut gimnastı.[1]

Elnur Məmmədov
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 9 fevral 2005 (20 yaş)
Təhsili orta
İdman növü Batut gimnastikası və Tamblinq
Məşqçisi Adil Hüseynzadə
Rahib Əliyev
İdman dərəcəsi İdman ustalığına namizəd
Komandası Azərbaycan milli batut gimnastikası və tamblinq komandası
Rəsmi saytı
Medallar
Dünya çempionatı
Qızıl 2023 Birminhem komanda hesabı
Azərbaycan birinciliyi
Bürünc 2022 Bakı tamblinq
29 avqust 2024 tarixində yenilənib.

Mündəricat

  • 1 Karyerası
    • 1.1 Uğurları
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Karyerası

redaktə

Elnur Məmmədov 2005-ci ildə anadan olub.

Hazırda Batut gimnastikası və tamblinq üzrə Azərbaycan milli komandasının üzvüdür.[2]

Uğurları

redaktə

2014-cü ildə Litvanın Visaginas şəhərində tamblinq üzrə keçirimiş beynəlxalq turnirdə gümüş medal qazanıb.

2017-ci ildə Rusiyada təşkil olunmuş tamblinq üzrə beynəlxalq turnirlərdə Stavropoldakı yarışda 4-cü, Krasnodarda isə 6-cı yeri tutub.

2021-ci ildə Bakıda baş tutmuş Batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarında Azərbaycanı təmsil edən 15 gimnastdan biri olub.[3]

2022-ci ildə Bakıda keçirilmiş Azərbaycan birinciliyində tamblinq növü üzrə 3-cü yerin sahibi olub.[4]

2023-cü ildə Böyük Britaniyanın Birminhem şəhərində təşkil olunmuş Batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında komanda hesabı ilə qızıl medal qazanıb.[1][5]

Həmçinin bax

redaktə
  • Azərbaycanda batut gimnastikası
  • Tamblinq

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Məmmədov Elnur - Gimnast". Azərbaycan Gimnastika Federasiyası.
  2. ↑ "Milli komanda". Azərbaycan Gimnastika Federasiyası.
  3. ↑ "Batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu Yarışlarının final gününün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib". Media Təhlil Mərkəzi (MTM). 28 noyabr 2021. 2024-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-31.
  4. ↑ "Batut gimnastikası üzrə 6-cı və tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı" (PDF). Azərbaycan Gimnastika Federasiyası. 2022-10-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-08-28.
  5. ↑ "Çempionluq uğrunda mübarizə". Azərbaycan Gimnastika Federasiyası. 10 dekabr 2023. 2024-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-28.

Xarici keçidlər

redaktə
  • Elnur Məmmədov — idmançı profili
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elnur_Məmmədov_(gimnast)&oldid=7754531"
LOVE.AZ