. Love.az

Elvin Eliyev - Wikipedia - Love.az

Ana Səhifə - Elvin Eliyev
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Əliyev.
Elvin Əliyev
Ümumi məlumatlar
Ləqəbi Kələş
Doğum tarixi 21 avqust 1984 (40 yaş)
Doğum yeri Sabirabad, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
  •  Azərbaycan
Boyu 178
Çəkisi 67 kq
Mövqeyi Müdafiəçi
Klub haqqında məlumat
Klub Azərbaycan Bakı FK
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Milli Yığma
  • 3 Ailə
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Elvin Füzuli oğlu Əliyev- 21 avqust 1984-cü ildə Sabirabad şəhərində anadan olmuşdur.

Bədən tərbiyəsi Akademiyasını bitirmişdir.

Orta təhsilini Bakının Səbail rayonu 7 nömrəli məktəbində bitirmişdir. 1997-ci ildə uşaq futbol komandası "Neftqaz" Bakıya qəbul olunub. Peşəkar futboluna 15 yaşından başlamışdır. Azərbaycan Futbol Çempionatı 1-ci Liqa — "Neftqaz" komandası, sonra Bakı klublarında (Neftçi PFK, "Karat","MOİK Bakı FK", "Olimpiya") çıxış edib. Hal-hazırda Bakı klubunda çıxış edir.

Milli Yığma

redaktə

2007-ci ilin iyun ayında o, Azərbaycan Milli Futbol Komandasına dəvət olundu. Polşa Futbol Komandası və Avropa Futbol Çempionatının seçmə oyunları çərçivəsində milli komandanın üzvü olaraq debüt etdi. Onun tərkibində 4 oyun keçirib. O, həmçinin olimpiyada (21 yaşadək) və gənc kimi(19 yaşadək) Azərbaycan komandalarında çıxış edib.

Ailə

redaktə
  • Ailədən 8 nəfərdən ibarətdir: ata, ana, 3 qardaş və 3 bacısı. Elvin uşaqların ən böyüyüdür.
  • Ata — Füzuli Əliyev, Bakıdakı futbol stadionlarından birinin direktorudur.
  • Ortancıl qardaşı — Elgün Əliyev "Neftçi" uşaq futbol komandasını təmsil edir.

Xarici keçidlər

redaktə
  • Soccerway.com saytında profili (ing.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elvin_Əliyev&oldid=7848775"
LOVE.AZ