. Love.az

Emil Ehmedov - Wikipedia - Love.az

Ana Səhifə - Emil Ehmedov
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Emil Əhmədov (19 iyun 1972, Almatı) — Rusiya alimi; Fizika‑riyaziyyat elmləri doktoru. "Kurçatov İnstitutu" Elmi‑Tədqiqat Mərkəzinin Nəzəri və Eksperimental Fizika İnstitutunun aparıcı elmi işçisi.

Emil Əhmədov
Emil Tofiq oğlu Əhmədov
Doğum tarixi 19 iyun 1972(1972-06-19) (52 yaş)
Doğum yeri
  • Almatı, Almatı vilayəti, Qazaxıstan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Elmi dərəcəsi fizika‑riyaziyyat elmləri doktoru
İş yerləri
  • Nəzəri və Eksperimental Fizika İnstitutu[d],
  • Ali İqtisadiyyat Məktəbi
Təhsili
  • Moskva Fizika və Texnologiya İnstitutunun Ümumi və tətbiqi fizika fakültəsi[d]

Həyatı

redaktə

Emil Tofiq oğlu Əhmədov 1972-ci il iyunun 19-da Almatıda anadan olub. Bakıdakı 157 nömrəli orta məktəbdə oxuyub. 1995-ci ildə Moskva Fizika-Texnika İnstitutunu (MFTİ), 1998-ci ildə isə MFTİ-nin aspiranturasını fərqlənmə diplomu ilə bitirib və A. İ. Alixanov adına Nəzəri və Eksperimental Fizika İnstitutunda (NEFİ) namizədlik dissertasiyasını müdafiə edib. 1998–2009-cu illərdə NEFİ-də baş elmi işçi işləyib.

2005-ci ildə E. Əhmədov Albert Eynşteyn İnstitutuna (Potsdam, Almaniya) professor kimi işə dəvət olunub. 2008-ci ildən Moskva Fizika-Texnika İnstitutunun (MFTİ) nəzəri fizika kafedrasının (Dolqoprudnı, Moskva vilayəti) dosentidir. E. Əhmədov 2009-cu ildə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) "Branın kvantlaşdırılması və ya sahə nəzəriyyəsinin geometrizasiyasına dair" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.[1]

Həmin ildən NSFİ–də aparıcı elmi işçi vəzifəsində işləyir. 2012-ci ildən E. Əhmədov MFTİ-nin nəzəri fizika kafedrasının dosenti, "Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universitetinin riyaziyyat fakültəsinin dosentidir. 2013-cü ildə İtaliyanın Piza şəhərindəki Ali Normal Məktəbə (Scuola Normale Superiore di Pisa) professor kimi dəvət olunub.

Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Moskva vilayətinin Dubna şəhəri), Maks Plank Fiziki Cazibə İnstitutu (Albert Eynşteynin İnstitutu), Kawai, RIKEN Nəzəri Fizika Laboratoriyası ilə əməkdaşlıq edib. Bundan əlavə, böyük auditoriya toplayan "Arxe" (Moskva) mədəni-maarif mərkəzində populyar mühazirələr oxuyur. Onun mühazirələrinin çoxsaylı yazılarına Rusiya Vençura şirkəti ilə birgə həyata keçirilən, müasir fundamental elm və alimlər haqqında layihə olan "PostNauka" internet-jurnalında da baxmaq olar. E. Əhmədov kvant sahə nəzəriyyəsi, kvant qravitasiyası və superstrun, məkanın modulları, kombinatorika nəzəriyyəsi sahəsində mütəxəssisdir. O, riyaziyyat və nəzəri fizika üzrə 40-dan çox əsərin, o cümlədən bir monoqrafiyanın və dərs vəsaitlərinin müəllifi və həmmüəllifidir. Onun əsərləri resenziyalı xarici jurnallarda da nəşr olunub. 2015-ci ildə "Qara dəliklərin doğulması və ölümü haqqında" kitabı çapdan çıxıb.

Təltif və mükafatları

redaktə

Səmərəli elmi fəaliyyətinə görə Atom Enerjisi üzrə Federal Agentliyin rəhbəri tərəfindən fəxri fərmanla təltif edilib (2006). "Sülalə" ("Dinastiya") fondunun təqaüdçüsü (2014–2016) olub, "Sülalə" ("Dinastiya") fondunun "Gənc elmlər doktoruna" təqaüdünü alıb (mart 2014).

İstinadlar

redaktə
  1. ↑ Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Emil_Əhmədov&oldid=8136858"
LOVE.AZ