. Love.az

Emil Selimov - Wikipedia - Love.az

Ana Səhifə - Emil Selimov

Emil Səlimov (fr. Émile Salimov; 20 iyun 1956, Bakı) — Fransa azərbaycanlılarından olan rejissor. Fransanın dram müəllifləri və bəstəkarlar Cəmiyyətinin üzvü.[1]

Emil Səlimov
fr. Émile Salimov
Doğum tarixi 1 yanvar 1956 (69 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı Fransa Fransa
Fəaliyyəti teatr rejissoru, dramaturq, səhnə dizayneri, teatr pedaqoqu[d]
cours-theatre-salimov.com
compagnie-theatre-parenthese.com

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Tamaşaları və teatr deokarasiyaları
    • 3.1 Moskva
      • 3.1.1 "Usaçyovkada" teatr studiyası
      • 3.1.2 "Nağıl" teatr studiyası
      • 3.1.3 "Köhnə şlyapa" Moskva teatrı
    • 3.2 Gürcüstan
    • 3.3 Paris
      • 3.3.1 Parisdəki Rus mədəniyyət mərkəzi
      • 3.3.2 "Qızıl əl" teatrı
      • 3.3.3 Paris Dram Sənətinin Mərkəzi Lüserner teatrı
      • 3.3.4 Digər teatrlar
      • 3.3.5 Dramatik Sənətlər Milli Dövlət Konservatoriyası
      • 3.3.6 Digər teatrlar
  • 4 Mükafatları
  • 5 İstinadlar

Həyatı

redaktə

Səlimov Emil Ənvər oğlu 1956-cı ildə Bakıda dünyaya gəlib. Valideynləri ayrılıqdan sonra bir müddət Ukraynada yaşayıb. 1978-ci ildə Moskva Dövlət Mədəniyyət İnstitutunun rejissor fakültəsinə qəbul olub, Ənvər Behbudovun və Edqar Eqadzenin tələbəsi olub. Təhsil illərində mədəniyyət evlərində, park və stadionlarda pantomim və dram kompozisiyaları hazırlayır.[1]

Fəaliyyəti

redaktə

Emil Səlimov təhsilini bitirdikdən sonra Paris şəhərində yaşayaraq fəaliyyətini davam etdirir. 1981-ci ildə E.Eqadze ilə birgə "Usaçyovkada" teatr-studiyasının yaradılmasında iştirak edib. 1983-cü ildə uşaqlar üçün "Nağıl" studiyasını yaradır.

1985-1986-cı illərdə Meyerxoldun yetirməsi olan Valentin Pluçekin Moskva Dövlət Akademik Satira Teatrının nəzdindəki emalatxanasına stajirovkaya dəvət edilir.

1986-cı ildə Gürcüstan Mədəniyyət Nazirliyinin dəvəti ilə Mesxişvili adına Kutaisi Dram Teatrında E.de Filipponun "Silindr" pyesini tamaşaya qoyur. 1987-ci ildə Moskvada "Köhnə şlyapa" adlı müstəqil peşəkar teatr yaradır. Bu teatrın truppası ilə SSRİ-də ilk dəfə E.İoneskonun "Keçəl müğənni qadın" və P. Vaysın "Marat-Sad" pyeslərini tamaşaya qoyur.

1994-cü ildə Parisdə "Parantez" teatr şirkətini təsis edir. 2000-ci ildən Fransanın dram müəllifləri və bəstəkarlar Cəmiyyətinin üzvü, 2018-ci ildən isə fəxri üzvüdür.

2000-2001-ci illərdə müstəqil səhnələşdirmə əsasında "Lüserner" teatrında F.Kafkanın "Proses" və "Amerika" əsərlərini tamaşaya qoyub. Metodunun təqdimatını keçirmək üçün 2009-cu və 2011-ci illərdə Dramatik Sənətlər Milli Dövlət Konservatoriyasına dəvət edilib. 2013-cü ildə bu metodu tədris edən özəl məktəbini açır. 40 il ərzində Emil Səlimov hazırladığı tamaşaların prodüseri, rejissoru, xoreoqrafı, dekoratoru, kostyumeri, aktyor sənəti, dramaturgiya nəzəriyyəsi, fransız və əcnəbi teatrın və opera sənətinin tarixini tədris edən pedaqoq, 20-dən çox pyes və adaptasiyanın müəllifi kimi fəaliyyət göstərir. 2010-cu ildə onun tərcümeyi-halı "Rus mühacirlərinin Fransası" ensiklopediyasına daxil edilir[1].

Tamaşaları və teatr deokarasiyaları

redaktə

Moskva

redaktə

"Usaçyovkada" teatr studiyası

redaktə
  • 1981-ci ildə "Qar Kraliçası" Yevqeniy Şvarç
  • 1981-ci ildə "Kəsişmələr arxasındakı dialoqlar" Aleksandr Volodin
  • 1982-ci ildə "Silindr" Eduardo de Filippo

"Nağıl" teatr studiyası

redaktə
  • 1983-cü ildə "Uzuncorab Peppi" Astrid Lindqren
  • 1983-cü ildə "Dəfinələr adası" Robert Lyuis Stevenson
  • 1984-cü ildə "Balaca şahzadə" Antuan de Sent-Ekzüperi
  • 1984-cü ildə "Dünyanı şoka salan on gün" Jon Rid
  • 1985-ci ildə "Sənətkarlar şəhəri" Tamara Qabbe
  • 1985-ci ildə "Kraliça kartı" Aleksandr Puşkin

"Köhnə şlyapa" Moskva teatrı

redaktə
  • 1986-cı ildə "Qodonu gözləyərkən" Semyuel Bekket
  • 1987-ci ildə "Keçəl müğənni qadın" Ejen İonesko
  • 1988-ci ildə "Marat-Sad" Peter Vays

Gürcüstan

redaktə
  • 1986-cı ildə "Silindr" Eduardo de Filippo (Gürcüstan Mədəniyyət Nazirliyinin dəvəti ilə Mesxişvili adına Kutaisi Dram Teatrında)

Paris

redaktə
  • 1993-cü ildə "Yarımağıl Jurden" Mixail Bulqakov "Qızıl əl" teatrında

Parisdəki Rus mədəniyyət mərkəzi

redaktə
  • 1993-cü ildə "İt ürəyi" Mixail Bulqakov
  • 1994-cü ildə "Təklif" Anton Çexov
  • 1994-cü ildə "Yubiley" Anton Çexov

"Qızıl əl" teatrı

redaktə
  • 1995-ci ildə "Sehirbaz uzunboylu idi" Daniil Xarmsın əsərləri əsasında hazırlanmış Emil Səlimovun bir pyesi idi.
  • 1996-cı ildə "Dekameron" Covanni Bokkaçço Qızıl əl teatrında Emil Səlimov adına məktəb
  • 1997-ci ildə "Dekameron" Covanni Bokkaçço

Paris Dram Sənətinin Mərkəzi Lüserner teatrı

redaktə
  • 1999-cu ildə "Oyunçular" Nikolay Qoqol
  • 2000-ci ildə "Proses" Frans Kafka
  • 2001/2002-ci ildə "Amerika" Frans Kafka

Digər teatrlar

redaktə
  • 2004-cü ildə "Kosovo mənim sevgimdir"
  • 2005-ci ildə "Fridanın qanadları"
  • 2005-ci ildə "Əminin xəyalı" Fyodor Dostoyevski "13" teatrı

Dramatik Sənətlər Milli Dövlət Konservatoriyası

redaktə
  • 2006-cı ildə "Ehtiyatsızlıq" İvan Turgenev
  • 2007-ci ildə "Şahzadə Turandot" Karlo Qoççi
  • 2008-ci ildə "Kor" Moris Meterlink
  • 2008-ci ildə "Fridanın qanadları" Emil Səlimovun pyesi meksikalı rəssam Frida Kalonun əsərləri əsasında hazırlanmışdır
  • 2008-ci ildə "Sehirbaz uzunboylu idi" Daniil Xarmsın əsərləri əsasında hazırlanmış Emil Səlimovun pyesi

Digər teatrlar

redaktə
  • 2009-cu ildə "Kor" Moris Meterlink Dramatik Sənətlər Milli Dövlət Konservatoriyası
  • 2010-cu ildə "Dekameron" Covanni Bokkaçço
  • 2010-cu ildə "Kabare" Ssenari, dekorator və xoreoqrafiya Emil Səlimov
  • 2011-ci ildə "Yarasa" İohann Ştrauss
  • 2015-ci və 2016-cı ildə "Yunan kişi Yunan qadınıni axtarır" Fridrix Durrenmattın romanı əsasında, "20" teatrı[2]
  • 2016-cı ildə "Hər zaman başına məqsəd qoymaq lazımdır" Emil Səlimov, "Klavel" teatrı

Mükafatları

redaktə
  • 1983-cü ildə Astrid Lindqrenin "Uzuncorab Peppi" adlı uşaqlar üçün hazırlanmış tamaşaya görə Rusiya Pedaqoji Elmlər Akademiyasının Fəxri Sertifikatı;
  • 1984-cü ildə "Dəfinələr adası" Robert Lyuis Stevenson tamaşasına görə mükafat;
  • 1985-ci ildə "Qodonu gözləyərkən" Semyuel Bekket pyesine görə Semyuel Bekket İnstitutu mükafatı;
  • 1986-cı ildə Eduardo de Filipponun "Silindr" tamaşasına görə Gürcüstan Mədəniyyət Nazirliyinin Kutaisi şəhərinin fəxri sertifikatları;
  • 1994-cü ildə "Sehirbaz uzunboylu idi" Daniil Xarmsın əsərləri əsasında hazırlanmış Emil Səlimovun pyesinə görə Fransa Mədəniyyət Nazirliyinin mükafatı və pul subsidiyası;
  • 2002-ci ildə Frans Kafkanın "Proses" Fransa Mədəniyyət Nazirliyinin Ən yaxşı teatr layihəsi mükafatı;

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "Emil Səlimovun teatr fəaliyyəti". news.milli.az. 2021-11-15 tarixində arxivləşdirilib.
  2. ↑ Une fantaisie débridée // Jean-Luc Jeener, Figaroscope, 25 novembre au 1 décembre 2015 Arxivləşdirilib 2018-08-17 at the Wayback Machine (fr.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Emil_Səlimov&oldid=6858487"
LOVE.AZ