. Love.az

Emin Haciyev - Wikipedia - Love.az

Ana Səhifə - Emin Haciyev

Emin Hacıyev (azərb. Emin Məcid oğlu Hacıyev‎; 13 fevral 1982, Sumqayıt) — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı.

Emin Hacıyev
Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı
Vəzifədədir
10 mart 2020-ci ildən
Seçki dairəsi2020 — 43 saylı Sumqayıt üçüncü
ƏvvəlkiMuxtar Babayev
SonrakıMehriban Vəliyeva
Şəxsi məlumatlar
Doğum adı Emin Məcid oğlu Hacıyev‎
Doğum tarixi 13 fevral 1982(1982-02-13) (43 yaş)
Doğum yeri
  • Sumqayıt, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Tərəqqi" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 İctimai-siyasi fəaliyyəti
  • 3 Təltif və mükafatları
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Hacıyev Emin Məcid oğlu 1982-ci ildə Sumqayıt şəhərində anadan olub.

Emin Hacıyev 1998-ci ildə Sumqayıt şəhər 5 saylı və 22 saylı orta məktəbləri bitirmiş, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2004-cü ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurmuşdur. 2008-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində "Azərbaycanda ipoteka mənzil kreditləşməsinin formalaşması və inkişafı" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru dərəcəsini qazanmışdır. Daha sonra 2013–2015-ci illərdə Rusiya Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasında magistr təhsili almışdır.

Ailəlidir, 3 övladı var.

İctimai-siyasi fəaliyyəti

redaktə

2006-cı ildə İqtisadi İnkişaf Nazirliyində aparıcı məsləhətçi vəzifəsində çalışıb. 2007-ci ildən Sankt-Peterburq şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun əməkdaşı, 2009–2020-ci illərdə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvü və məsul katibi vəzifəsində çalışmışdır. Azərbaycandakı və Rusiyadakı fəaliyyəti dövründə bir-birindən əhəmiyyətli layihə və tədbirlərin təşkil olunmasının təşəbbüskarı və icraçısı kimi çıxış edib, eləcə də Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli addımlar atmışdır. 9 fevral 2020-ci ildə keçirilən parlament seçkilərində 43 saylı Sumqayıt 3-cü seçki dairəsindən namizədliyini irəli sürmüş və 63,5% səs toplayaraq Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı seçilmişdir.

Təltif və mükafatları

redaktə
  • 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xalqlar arasındakı dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib[1].

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI" (Azərbaycan dili). e-qanun.az. 7 yanvar 2020 tarixində arxivləşdirilib.

Xarici keçidlər

redaktə
  • Emin Hacıyev: Biz Sankt-Peterburqdakı SZKEO nəşriyyatının Azərbaycandan üzr istəməsini tələb edirik
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Emin_Hacıyev&oldid=7788588"
LOVE.AZ