. Love.az

Engelman Kuknari - Wikipedia - Love.az

Ana Səhifə - Engelman Kuknari

Engelman küknarı (lat. Picea engelmannii) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü.

Engelman küknarı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
İynəyarpaqlılar
Dəstə:
İynəyarpaqlılar
Fəsilə:
Şamkimilər
Yarımfəsilə:
Piceoideae
Cins:
Küknar
Növ:
Engelman küknarı
Beynəlxalq elmi adı
  • Picea engelmannii
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  183291
NCBI  3334
EOL  1061646

Mündəricat

  • 1 Botaniki xarakteristikası
  • 2 Sinonimləri
    • 2.1 Homotipik sinonimləri
  • 3 Yarımnövləri
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Botaniki xarakteristikası

redaktə

Hündürlüyü 30–50 m-ə qədər, gövdəsinin diametri 90 sm-dır. Vətəni Şimali Amerikadır. Engelman küknarının çətiri möhkəm, piramida formalı, budaqları bir az sallaqdır. Uzunömürlüdür, 300-400 il yaşayır. İynəyarpaqları göyümtül, ucu biz, yumşaq, zoğlarda 10-15 il, mədəni şəraitdə 7-8 il qalır. Qabığı cavan yaşda qırmızı-qonur, sonradan açıq-qonur rəngdə olur. Dekorativ cəhətdən iynəli küknardan bir az aşağıdır. Qışa davamlıdır. Mədəni şəraitdə 1862-ci ildən becərilir. Xiyabanlarda, şəhərin küçələrində və meydanlarında, xiyaban əkinlərində tək və ya kiçik qruplarla əkilməsi məsləhətdir.

"Qlauca", Göyümtül ("Glauca"). Hündürlüyü 20–40 m, konusvarı çətirli, budaqlarının üfüqi yarusluğu dəqiq olmayan ağacdır. İynəyarpaqları az iynəli, elastik, göyümtül-mavi olur, dəqiq rəngi erkən yazda bilinir. Qışda iynəyarpaqları dekorativdir. Tez böyüyür. Qışadavamlıdır. Toxumlarla, qələmlərlə, calaqla çoxalır. 1874-cü ildən mədəni şəraitdə becərilir. Digər formalardan aşağıdakılar məlumdur: gümüşü (f. argentea)-gümüşü iynəyarpaqlıdır; mavi, salalq (f. glauca pendula)-iynəyarpaqları boz-mavi, çətiri salalq, əsas budaqları çox sallaqdır; Fendler (f. Fendleri)-iynəyarpaqları gümüşü, nazik və uzun (2,8 m-ə qədər), sallaq formadır; xırda iynəyarpaqlı (f. microphilla)-şarşəkilli, cırtdan formadır. Kölgəyədavamlıdır, ancaq çox işıqda yaxşı inkişaf edir. Torpağın məhsuldarlığına və havanın nəmişliyinə tələbkardır. Kontinental iqlimə və bir az bataqlaşmaya dözür. Havanın çirklənməsindən əziyyət çəkir və ilk növbədə iynəyarpaqların tez tökülməsinə səbəb olur. Cavan yaşda zəif böyüyür. Küknarlar digər iynəyarpaqlılara nisbətən köçürülməni yaxşı keçirir, əsas kökü öz böyüməsini tez başa çatdırır, yan kökləri üstə yerləşən kök sistemi əmələ gətirir. Toxumlarla, bağ formaları qələmlərlə və bəzən calaqla çoxalır. Abşeronda bəzi həyətyanı sahələrdə, bağlarda tez-tez rast gəlinir. Böyük bağlarda tək əkilir, qrup və alleya əkinlərində məsləhət görülür.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Abies engelmannii (Engelm.) Parry ex Engelm.
  • Picea engelmannii var. typica Goodman
  • Picea glauca subsp. engelmannii (Engelm.) T.M.C.Taylor
  • Picea glauca var. engelmannii (Engelm.) B.Boivin

Yarımnövləri

redaktə
  • Picea engelmannii subsp. engelmannii
  • Picea engelmannii subsp. mexicana (Martínez) P.A.Schmidt

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Engelman_küknarı&oldid=7412382"
LOVE.AZ