Epir çarlığı[1] (yun. το Βασίλειο της Ηπείρου), həmçinin Epir dövləti[2] və ya Epir despotluğu[3] (yun. Δεσποτάτο της Ηπείρου) — 1204-cü ildə Dördüncü Səlib yürüşündən sonra özünü Bizans imperiyasının varis dövlətlərindən biri hesab edən, Angellər sülaləsinin bir qolu tərəfindən qurulan yunan dövləti. O, Nikeya imperiyası və Trapezund imperiyası ilə birlikdə Bizans imperiyasının qanuni varisi olduğunu iddia etmiş, hökmdarları 1227–1242-ci illərdə qısa müddətə özlərini imperator elan etmişdilər (bu dövrdə daha çox Fessaloniki imperiyası adlanır).
Tarixi dövlət | |
Epir çarlığı | |
---|---|
![]() |
|
|
|
Paytaxt | Yanina |
Dil | yunan dili, Alban dili |
Din | şərqi ortodoks xristianlıq |
![]() |