. Love.az

Erebuni Hava Limani - Wikipedia - Love.az

Ana Səhifə - Erebuni Hava Limani
Bu adın digər istifadə formaları üçün bax: Erebuni.

Erebuni Hava Limanı — (erm. Էրեբունի օդանավակայան) (ICAO: UDYE) — Ermənistan Respublikası İrəvan şəhərinin Erebuni rayonunda yerləşən mülki və hərbi təyinatlı hava limanı.

Erebuni Hava Limanı
Xəritə

40°07′42″ şm. e. 44°28′22″ ş. u.HGYO


IATA: yoxdur – ICAO: UDYE
Məlumat
Hava limanı tipi Mülki/Hərbi (əsasən hərbi təyinatlı)
Ölkə Ermənistan Ermənistan
Açılış tarixi 1981
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İrəvan şəhəri mərkəzindən 7,3 km cənubda yerləşən hava limanı 2,784×40 m ölçülərində asfalt səthə malik olub uçuş zolaqları 03/21 istiqamətindədir.[1]

Mündəricat

  • 1 Tarixi
  • 2 Təyinatı
  • 3 Qəza və hadisələr
  • 4 İstinadlar

Tarixi

redaktə

Memarları L. Ş. Xristaforyan, R. G. Asratyan konstruktorları İ. Q. Baqramyan və E. N. Tosunyan olan hava limanından ilk uçuş 21 iyul 1938-ci ildə İrəvan-Tbilisi xətti üzrə olub. Həmin ilin 25 dekabr tarixindən isə müntəzəm uçuşlara başlanılıb. O vaxtlar hava limanı "İrəvan hava limanı" adlanırdı.

Təyinatı

redaktə

Hal-hazırda əsasən hərbi sahə üzrə istifədə edilən hava limanında 3624-cü rus hərbi hissəsi, 18 MiQ-29s-dən ibarət 426-cı eskadrilya, Mi-24 hücum vertolyotu eskadrilyası və 700-cü Hava Nəqliyyatı Nəzarət Mərkəzi yerləşir.

Hava limanından həmçinin özəl şirkətlər tərəfindən ölkədaxili və MDB ölkələrinə, eyni zamanda Dağlıq Qarabağa Xankəndi hava limanına vertolyot uçuşları həyata keçirilir.

Qəza və hadisələr

redaktə

4 noyabr 2008-ci ildə Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 hücumçu vertolyotu təlim uçuşuna hazırlaşarkən qəzaya uğradı. Hadisə nəticəsində pilot Arşak Nersisyan həlak oldu.[2]

İstinadlar

redaktə
  1. ↑ "World Aero Data: Erebuni". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-30.
  2. ↑ Military Helicopter Accident Arxivləşdirilib 2013-12-02 at the Wayback Machine." A1+. November 4, 2008.
Hava limanı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Erebuni_Hava_Limanı&oldid=7981161"
LOVE.AZ