. Love.az

Erken Bahar - Wikipedia - Love.az

Ana Səhifə - Erken Bahar

Erkən bahar (pol. Przedwiośnie) – polyak neoromantik yazıçı Stefan Zeromskinin romanı. İlk dəfə 1925-ci ildə, Zeromskinin öldüyü ildə nəşr edilmişdir. Kitab 2007-ci ildə ABŞ-də "Coming Spring" kimi tərcümə edilmiş və nəşr edilmişdir.

Erkən Bahar
pol. Przedwiośnie
Orijinalın dili polyak dili
Orijinalın nəşr ili 1925
Səhifə 413 s.
ISBN-13 978-963-7326-89-9

Roman üç hissədən ibarətdir: Szklane Domy (Şüşə evlər), Nawłoć (Nawłoć mülkü) və Wiatr od wschodu (Şərq küləyi). Romandakı hadisələr 1914–1924-cü illər arasında, Polşanın İkinci Polşa Respublikası kimi yenidən qurulması və ondan əvvəl, həmçinin Sovet-Polşa müharibəsi dövründə baş verir. Rusiya inqilabı başlayan kimi, baş qəhrəman Sezari Baryka Sibirdə siyasi mühacirətdə olan polya atası ilə birlikdə Bakıdan qaçır.[1] Ata yeni yaranmış Polşa dövlətinə gedərkən yolda ölür. Sezari heç vaxt getmədiyi, valideynlərinin ölkəsi olan Polşaya tək gəlir.[2] Roman onun məyusluğundan bəhs edir, çünki qarşılaşdığı Polşa atasının ona dediyinə bənzəmirdi.

İstinadlar

redaktə
  1. ↑ "Ciekawostki na temat Przedwiośnia Stefana Żeromskiego - RMF Classic". www.rmfclassic.pl. İstifadə tarixi: 2021-07-27.
  2. ↑ "Przedwiośnie - streszczenie - Stefan Żeromski". poezja.org (polyak). İstifadə tarixi: 2022-11-07.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Erkən_Bahar&oldid=8050262"
LOVE.AZ