Ermənistan dramı (erm. Հայկական դրամ) — Ermənistanın milli pul vahididir. 1 dram lumaya (erm. լումա) bərabərdir. Ancaq luma pul mübadiləsində faktiki olaraq istifadə olunmur[1][2][3][4]. "Dram" sözü yunanca "draxma" (yun. δραχμή) sözündən götürülüb mənası pul deməkdir.
Ermənistan dramı | |||||
---|---|---|---|---|---|
| |||||
Kod və simvol | |||||
ISO 4217 kodu | AMD | ||||
Simvol | ֏, դր | ||||
Dövriyyə ərazisi | |||||
Emitent ölkə |
![]() ![]() (tanınmamış) |
||||
Əvəzedici və paralel vahidlər | |||||
Kiçik | luma (1⁄100) | ||||
Dövriyyədə olan sikkə və əsginaslar | |||||
Sikkələr |
10, 20 və 50 lum 1, 3, 5, 10, 20, 50, 100, 200 və 500 dram |
||||
Əsginas | 1, 5, 10, 20, 50 və 100 min dram | ||||
Tarixi | |||||
Dövriyyəyə buraxılma | 22 noyabr 1993 | ||||
Əvvəlki valyuta | SSRİ rublu (SUR) / Rusiya rublu (RUR) | ||||
Sikkə və əskinasların buraxılması və istehsalı | |||||
Mərkəzi bank | Ermənistan Respublikasının Mərkəzi Bankı | ||||
İnflyasiya | |||||
İnflyasiya | 4.5% (yalnız Ermənistan) | ||||
![]() |
Dramın simvolu — Aşağısından iki üfüqi xətt çəkilmiş və erməni əlifbasının dördüncü hərfi olan Դ ("da") hərfidir. Ermənicə olan "Դրամ" sözü də da hərfi ilə başlayır.
Valyutanın buraxılışının müstəsna hüququ Ermənistan Respublikasının Mərkəzi bankına məxsusdur. Ermənistan Respublikasının dövlət valyutası mübadilədə 1993-cü ilin 22 noyabrından istifadə olunur. Dram pul mübadiləsinə daxil edilənə qədər Ermənistanda sovet rubllarında istifadə olunmuşdur.
1994-cü il (10 dramdan başqa) seriyasının sikkələri mübadilədə faktiki olaraq istifadə olunmur[1][2][3]. Əsginasların nümunələri isə 1993–1995-ci il seriyasında buraxılmışdır.
Dramın ilk dəfə olaraq mübadiləyə buraxılışı 1199–1375-ci illərə aiddir. Həmin dövrdə gümüş sikkələr belə adlanırdı.
Ermənistan Mərkəzi Bankı 27 mart 1993-cü ildə yaradılmışdır. İsaak İsaakyan RA Mərkəzi Bankının baş direktoru təyin edilmişdir. Bununla belə sovet rublları 22 noyabr 1993-cü il tarixinə qədər dövriyyədə istifadə olunmuşdur. Həmin gün isə dram dövlət valyutası kimi dövriyyəyə daxil edilmişdir. Sovet rubllarından yalnız 200 rubl hələ də mübadilədə istifadə edilirdi və 1 drama bərabər idi.
Bütün müasir əsginasların dizaynı ingilis şirkəti olan "Thomas de la Rue" tərəfindən hazırlanmışdır.[5] 1993–95-ci il seriya nümunələri indikilərdən fərqli olaraq, alman şirkəti olan "Giesecke & Devrient" tərəfindən hazırlanmışdır. Onlar daha parlaq boya dizaynına malik idilər.[6]
Həmçinin onlar arasında bir neçə əhəmiyyətli və xüsusi fərq var idi:[7]
Yeni əsginaslarda ER Mərkəzi Bankının Sədri Tiqran Sarkisyanın və Ermənistan Respublikasının Maliyyə naziri Edvard Sandoyanın imzaları yer almışdır.
Dramın simvolu (Aşağısından iki üfüqi xətt çəkilmiş və erməni əlifbasının dördüncü hərfi olan Դ ("da") hərfidir, "dram" sözü də (erm. Դրամ ) ermənicə da hərfi ilə başlanır.) geniş mənada milli pul vahidini və pulu bildirən simvoldur. Həmçinin dramın simvolu kimi başqa erməni hərfi olan Փ-in (pyur) istifadə edilməsi təklif edilirdi. Bu hərflə pulu bildirən Փող sözü başlanır.
Rəsmi müəllif (həmmüəllif deyillər) eyni eskizləri təqdim etmiş K. Komendaryan və R. Arutçyan hesab edilir.[9] 2003-cü ildə simvol on mininci əsginasın və başqa nominallı əsginasların üzərinə yerləşdirilmişdir. 2008-ci ildə simvol 5000 dramlıq sikkənin xatirə kolleksiyasında üstünlüklə təsvir edilmişdir. 2012-ci ildə U+058F Armenian Dram Sign (֏ • ֏) koduyla Yunikod dünya standartında daxil edilmişdir.[10]
Sikkələr 1994-cü ilin 21 fevralından mübadiləyə daxil edilmişdir və Alüminiumdan istehsal edilmişdir.
Bütün sikkələrin üz tərəfində Ermənistan Respublikasının gerbi və Ermənistan imzası — ՀԱՅԱՍՏԱՆ təsvir edilmişdir.
Lumun arxa tərəfində sikkənin nominalı, imza ԼՈՒՄԱ (luma) və buraxılış ili (1994) təsvir olunmuşdur.
Dramın arxa tərəfində sikkənin nominalı, imza ԴՐԱՄ (dramlar), buraxılış ili (1994) və iki budaqdan ibarət çərçivə təsvir edilmişdir.
Təsvir | Nominal | Diametr, mm | Qalınlıq, mm | Çəki, qr | Qurt |
---|---|---|---|---|---|
10 lum[11] | 16 | 1,45 | 0,59 | hamar | |
20 lum[12] | 18 | 0,75 | |||
50 lum[13] | 20 | 0,93 | |||
1 dram[14] | 22 | 1,8 | 1,39 | kələ-kötür | |
3 dram[15] | 24 | 1,63 | |||
5 dram[16] | 26 | 1,98 | hamar | ||
10 dram[17] | 28 | 2,3 | |||
Təsvirlərin miqyası — millimetrə 3,0 piksel. |
2003–2004-cü il seriyalı sikkə nümunələrində imza, ornament çərçivəsində sikkənin nominalı ԴՐԱՄ (dram) yerləşdirilmişdir.
Bütün sikkələrin üz tərəfində kənarları üzrə halqaşəkilli yazıyla Ermənistan Respublikasının gerbi yerləşdirilmişdir: ՀԱՅԱՍՏԱՆԻ ՀԱՆՐԱՊԵՏՈՒԹՅՈՒՆ — Ermənistan Respublikası (10 dramlıq sikkədə), bütün digər sikkələrdə ՀԱՅԱՍՏԱՆԻ ՀԱՆՐԱՊԵՏՈՒԹՅԱՆ ԿԵՆՏՐՈՆԱԿԱՆ ԲԱՆԿ — Ermənistan Respublikasının Mərkəzi Bankı.
Həmçinin bütün sikkələrdə 500 dramlıq sikkədən başqa həmin sikkənin nominalının şifahi işarəsi var: ՏԱՍԸ ԴՐԱՄ (10 dram), ՔՍԱՆ ԴՐԱՄ (20 dram), ՀԻՍՈՒՆ ԴՐԱՄ (50 dram), ՀԱՐՅՈՒՐ ԴՐԱՄ (100 dram), ԵՐԿՈՒ ՀԱՐՅՈՒՐ ԴՐԱՄ (200 dram).
Buraxılış ili 500 dramlıq sikkə xaric bilavasitə daxili dairədə gerbin altında yerləşdirilmişdir.
Təsvir | Nominal (dram) |
Material | Diametr (mm) |
Qalınlıq (mm) |
Çəki (qr) |
Qurt | Mübadiləyə daxili |
---|---|---|---|---|---|---|---|
10[18] | аlüminium | 20 | 1,8 | 1,3 | hamar | 1 dekabr 2004 | |
20[19] | mis/polad/mis | 20,5 | 1,25 | 2,75 | 1 yanvar 2003 | ||
50[20] | bürünc/polad/bürünc | 21,5 | 1,45 | 3,5 | kələ-kötür | ||
100[21] | nikel/polad/nikel | 22,5 | 4 | ||||
200[22] | bürünc | 24 | 4,5 | ||||
500[23] | halqa: bürünc mərkəz: mis + nikel |
22 | 1,75 | 5 | kəsikli kələ-kötür |
31 mart 2003 | |
Təsvirlərin miqyası — millimetrə 3,0 piksel. |
Ermənistan Respublikasının Mərkəzi Bankı gümüşdən, qızıldan və mis-nikel ərintisindən yubiley sikkələrinin 1994-cü ildən başlayaraq buraxılışını həyata keçirir. 2012-ci ilin sentyabr ayına görə sikkələrin 180 növü — mis-nikel ərintisindən 4-ü, bürünclı örtülmüş poladdan 11-i, 125-i gümüşdən (1–585 əyarlı, 89–925 əyarlı və 35–999 əyarlı) və 44-ü qızıldan (2–585 əyarlı, 35–900 əyarlı, 7–999 əyarlı) buraxılmışdır. Hal-hazırda buraxılan yubiley sikkələrinin tam siyahısı Mərkəzi Bankın saytında yerləşdirilmişdir.[24].
1993–1995-ci il seriyası | |||||||
---|---|---|---|---|---|---|---|
Təsvir | Nominal (dram) |
Ölçü (mm) |
Təsvir | Mübadiləyə daxili |
Mübadilədən çıxarılma | ||
Ön tərəfi | Arxa tərəfi | Ön tərəfi | Arxa tərəfi | ||||
10 | 125×62 | İrəvanın dəmiryol vağzalındakı David Sasunskinin abidəsi | Ağrı dağı | 1993 | 1 aprel 2004 | ||
25 | Erebuni qalasındakı mixi yazılı lövhəcikdəki dişi şirin təsviri | ornament | |||||
50 | İrəvandakı Milli Tarix Muzeyinin binası | Parlament binası | |||||
100 | 135×65 | Zvartnos məbədi Ağrı dağı |
Opera və Balet Teatrının binası[25] | ||||
200 | Üçkilsədəki Müqəddəs Ripsime kilsəsi | ornament | |||||
500 | Ağrı dağındakı çar Böyük II Tiqranın tetradraxması | Erməni əlifbasının birinci hərfi ilə açılmış kitab | 31 avqust 2005 | ||||
1000 | 145×68 | Erməni maarifçisi Mesrop Maştosanın heykəli Matenadaranın fasadı |
Sünik mərzi, Ağudidəki qəbiristanlıq | 1994 | 29 fevral 2004 | ||
5000 | 145×71 | Gərni məbədi | Məhsuldarlıq ilahəsi Anahitin büstü | 1995 | 30 iyun 2005 | ||
Təsvirlərin miqyası — millimetrə 1,0 piksel. |
Əsginaslardan 50, 100 və 500 nominallı dramlar hal-hazırda mübadilədə istifadə olunur.
Əsginasların daha sonra çıxan versiyaları saxtalardan yaxşılaşdırılmış müdafiəylə əvvəl olanlardan fərqlənir.
50 000 dram nominallı əsginaslar 6 iyun 2001-ci ildə Ermənistanın dövlət dini kimi xristianlığın qəbul olunmasının 1700 illiyinin qeyd edilməsi münasibətilə buraxılmışdı.
2009-cu ildə çar V Abqarın təsviriylə 100 000 nominallı dram əsginasları buraxıldı.[26]
1998–2009-cu il seriyası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Təsvir | Nominal (dram) |
Ölçü (mm) |
Əsas rənglər | Təsvir | Möhür ili |
Mübadilədən çıxarılma | ||
Ön tərəfi | Arxa tərəfi | Ön tərəfi | Arxa tərəfi | |||||
50 | 122×65 | çəhrayı | bəstəkar Aram Xaçaturyan və İrəvandakı Opera və Balet Teatrı |
"Qayane" baletindən epizod Ağrı dağı |
1998 | 1 aprel 2004 | ||
100 | mavi | аstrofizik Viktor Ambartzumyan kosmosun təsviri |
Byurakanskaya rəsədxanası teleskop | |||||
500 | 129×72 | boz qırmızı |
аrxitektor Aleksandr Tamanyan | Ermənistan Respublikasının Hökumət binası | 1999 | |||
1000 | 136×72 | yaşıl çəhrayı |
yazıçı Yegişe Çarens Ağrı dağı |
arabaya qoşulmuş at İrəvan qədim binanın fonunda |
1999 2001 2011 2015 |
mübadilədə | ||
5000 | 143×72 | qəhvəyi yaşıl |
yazıçı Hovannes Tumanyan | Martiros Saryanın şəkli Loru mərzinin təbiətinin təsviri |
1999 2003 2009 2012 | |||
10 000 | 150×72 | bənövşəyi | yazıçı Avetik İsaakyan | Gümrü XX əsrin əvvəllərində | 2003 2006 2008 2012 | |||
20 000 | 155×72 | sarı qəhvəyi narıncı |
rəssam Martiros Saryan | Martiros Saryanın "Ermənistan" mənzərəsi | 1999 2007 2009 2012 | |||
50 000 | 160×79 | qəhvəyi boz |
Üçkilsə kafedralı | Müqəddəs Qriqorinin və çar Böyük Trdatın təsviri Ağrı dağının təsviri Keçaris monastrında xaçkar |
2001 | |||
100 000 | 160×72 | göy qəhvəyi |
çar V Abqar | apostol Faddey qalın kətana V Abqarın hökmünü köçürür | 2009 | |||
Təsvirlərin miqyası — millimetrə 1,0 piksel. |
İl | 1993 | 1994 | 1995 | 1996 | 1997 | 1998 | 1999 | 2000 | 2001 | 2002 | 2003 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi dövriyyə (mln dram) | 1,2 | 11,1 | 25,7 | 37,1 | 42,2 | 45,3 | 45,5 | 61,9 | 66,7 | 92,1 | 96,8 |
Hazırkı AMD mübadilə məzənnəsi | |
---|---|
Google Finance əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD |
Yahoo! Finance əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD |
XE.com əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD |
OANDA.com əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD |
fxtop.com əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD |
Currency.wiki əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD |
Vikianbarda Ermənistan dramı ilə əlaqəli mediafayllar var. |