. Love.az

Ernst Bus Aktyor - Wikipedia - Love.az

Ana Səhifə - Ernst Bus Aktyor

Ernst Buş (22.1.1900, Kil –8.6.1980, Berlin) — alman estrada müğənnisi, dram aktyoru.[1]

Ernst Buş
ing. Ernst Busch
Ernst Buş
Ernst Buş
Doğum tarixi 22 yanvar 1900
Doğum yeri Kil, Almaniya İmperiyası
Vəfat tarixi 8 iyun 1980 (80 yaşında)
Vəfat yeri Berlin, Almaniya Demokratik Respublikası
Fəaliyyəti müğənni, aktyor
Partiyası
  • Sosial Demokrat Partiyası (1918–1919),
  • Almaniya Kommunist Partiyası (1945–)
Üzvlüyü
  • ADR İncəsənət Akademiyası[d]
Mükafatları
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Həmçinin bax
  • 4 Filmləri
  • 5 İstinadlar

Həyatı

redaktə

Almaniya Demokratik Respublikası Milli mükafatı (1949, 1956, 1966); Beynəlxalq Lenin mükafatı laureatı (1972). 1917-ci ildən solçu gənclər hərəkatının fəal üzvü olmuşdur. İlk dəfə 1920-ci ildə Kil şəhər teatrı səhnəsində Lizandr rolunda (U. Şekspir, "Yay gecəsində yuxu") çıxış etmişdir. 1925-ci ildə Berlinə gəlmiş və "Alman teatrı"nda çalışmışdır. 1927-ci ildən E. Piskatorun "Siyasi teatr"ında işləmiş, 1928-ci ildə "Teater am Şiffbauerdamm"da ilk dəfə B. Brext və K. Vaylın "Üçqəpiklik opera" tamaşasında (serjant Smit rolunda) çıxış etmişdir. 1920-ci illərin sonlarından siyasi antifaşist mahnıların ifaçısı kimi geniş şöhrət qazanmışdır.[1]

Fəaliyyəti

redaktə

1933-cü ildə Almaniyada nasist diktaturası qurulduqdan sonra Niderland, Belçika, Fransa, İsveçrə və Avstriyada, 1935–37-ci illərdə SSRİ-də mühacirətdə olmuş dur. 1937–39-cu il lər də İspaniyada olmuş, beynəlxalq briqadaların döyüşçüləri qarşısında çıxış etmişdir. 1939-cu ildən Belçikada yaşamış, alman ordusu ölkəni işğal etdikdən sonra nəzarət altında saxlanılmış, qaçmış, 1943-cü ildə zəbt olunmuş Fransa ərazisində həbs edilərək 1945-ci ilə qədər Moabit, Brandenburq zindanlarında saxlanılmışdır. 1951–60-cı illərdə "Alman teatrı" nın və "Berliner ansambl"ın aparıcı aktyorlarından biri olmuşdur. 1946-cı ildə fəhlə mahnıları yazılmış vallar istehsal edən "Lidder sayt" firmasını yaratmışdır. Berlin qrammofon yazısı studiyasında "XX əsrin mahnı xronikası" adlı qrammofon valları antologiyasını buraxmışdır.[1]

Həmçinin bax

redaktə
  • Uilyam Şekspir
  • Üçqəpiklik opera

Filmləri

redaktə
  • Üç qəpiklik opera
  • Yay gecəsində yuxu

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Buş// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 121.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ernst_Buş_(aktyor)&oldid=6083001"
LOVE.AZ