. Love.az

Erqas Cumenbulbuloglu - Wikipedia - Love.az

Ana Səhifə - Erqas Cumenbulbuloglu

Erqaş Cümənbülbüloğlu (1870–1937) — cığatay (özbək) xalq şairlərindən biri.

Erqaş Cümənbülbüloğlu
Doğum tarixi 1868
Doğum yeri
  • Səmərqənd vilayəti
Vəfat tarixi 12 may 1936(1936-05-12)
Vəfat yeri
  • Səmərqənd vilayəti
Fəaliyyəti şair

Həyatı

redaktə

O, 1868-ci ildə hazırda Nurata adlanan yerin Kurkan qışlağında anadan olmuşdur. Erqaşın atası Cümən və onun əmiləri Cassaq və Yarləqəb məşhur şairlərdən olub, xalq arasında böyük hörmət qazanmışdılar. Erqaş çox ağır həyat keçirmişdir. O vaxtki ictimai quruluşun təsiri altında şair tamamilə yoxsul vəziyyətə düşmüş, buna görə də yaşadığı qışlağı tərk etmək məcburiyyətində qalmışdır. Xalq ədəbiyyatının mahir bilicisi Erqaş Cümənbülbüloğlunun yazıya köçürdüyü "Gündoğmuş" dastanı lirik-fəlsəfi məzmunu ilə daim diqqət mərkəzində olmuşdur. Bundan başqa "Əlibəy və Balibəy", "Rövşənxan", "Gündüzlə ulduz", "Qızcıbəy" dastanları da onun qələmində yazıya köçürülmüşdür. Erqaş Cümənbülbüloğlu repressiya qurbanlarındandır, o, 1937-ci ildə həbs olunmuş və güllələnmişdir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Erqaş_Cümənbülbüloğlu&oldid=6059975"
LOVE.AZ