. Love.az

Eskadra Minadasiyicisi - Wikipedia - Love.az

Ana Səhifə - Eskadra Minadasiyicisi

Eskadra minadaşıyıcısı – düşmənin sualtı və suüstü gәmilərinə torpeda və artilleriya zərbələri endirmək, kəşfiyyat aparmaq, döyüş və konvoy gəmilərini hava, yaxud gәmi hücumlarından, raket zərbələrindən qorumaq və s. üçün hərbi gəmi.

Tarixi

redaktə

Eskadra minadaşıyıcısı XX əsrin əvvəllərində meydana çıxmışdır. Əsas vəzifəsi minalanmış maneələr yaratmaq və sualtı qayıqları tapıb məhv etmək idi. Eskadra minadaşıyıcısı helikopterlər, zenit və gəmivuran raket kompleksləri, torpeda aparatları, artilleriya silahları və minalar ilə təchiz olunur.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Eskadra_minadaşıyıcısı&oldid=7597123"
LOVE.AZ