Eskimos mətbəxi — qədim sivilizasiyaya malik olan Eskimosların milli yeməkləri.Eskimos mətbəxtini, dünyanın digər mətbəxtlərindən fərqləndirən ən önəmli cəhət bəzi yeməklərin çiy yeyilməsidir.
İnyupiklər avropalılarla qarşılaşmamışdan əvvəl öz mətbəxləri heç bir təsirə məruz qalmadan formalaşırdı. İnyupiklərin mətbəxində ən önəmli məmulat ətdir.Onlar əti niqipiaq yəni əsil yemək adlandırırlar (niqi 'yemək' + piaq 'əsil'). Eskimoslar bəzən yeməklərini çiy formada yeyirlər, bunun əsas səbəblərindən biri isə Eskimosların ulu nəsillərinin bir müddət od əldə edə bilməmələri və beləliklə, bəzi hallarda əti çiy yeməyə öyrəşmələridir.
Şirniyyatlar-Qecirniirutet
Sibir Yupikləri əsasən dəniz məhsulları ilə qidalanırlar.Ov zamanı əldə olunan Pərayaqlılar, balina, Morjlar kimi dəniz heyvanlarının ətləri qurudulur.Bəzi heyvanların ətləri çiy formada yeyilir ki, bu da ən çox balinaya aiddir.Səbəbi isə balinaın dərisində və ətində olan vitaminlərdir.Eskimoslar bəzən yosunları yeyirlər.[1][2] Eskimoslar həmişə yüksək kalorili və proteyinli yeməkləri yeməyə önəm verirlər.[3] Eskimoslar əsasən əti yaz-yay aylarında qurudur, daha sərt keçən qışda isə yerin altına basdırmaqla onun keyfiyyətini bir neçə aya kimi uzadırlar.[4]