. Love.az

Etibar Emiraslanov - Wikipedia - Love.az

Ana Səhifə - Etibar Emiraslanov

Etibar Əmiraslan oğlu Əmiraslanov (1 yanvar 1961, Əlibəyli, Tovuz rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Bozqurd batalyonunun komandiri.

Etibar Əmiraslanov
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1961(1961-01-01) (64 yaş)
Doğum yeri
  • Əlibəyli, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ
Hərbi fəaliyyəti
Rütbəsi baş leytenant
Döyüşlər SSRİ–Əfqanıstan müharibəsi
Birinci Qarabağ müharibəsi
Təltifləri "Azərbaycan Bayrağı" ordeni

Həyatı

redaktə

1961-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. Orta təhsilini Əlibəyli kənd orta məktəbində alıb.

1979-cu ildə sovet ordu sıralarına hərbi xidmətə çağrılıb. Hərbi xidmətinin ilk illəri Ukraniyanın Lvov şəhərində keçir. 1980-ci ildə SSRİ Hərbi Desant Hissəsi tərkibində Əfqanistana müharibəyə gedib. Hərbi hissələr üçün su daşıyan maşının sürücüsü olan Əmiraslanov batalyonu bir gün əfqan ordusu tərəfindən puskuya düşüb məhv edilsə də, o, bu batalyondan sağ çıxan iki əsgərdən biri olur.[1] 1981-ci ildə Əfqanıstan mücahidləri tərəfindən həbs olunub və 6 ay həbsxanada qalıb. Türkiyənin "Boz qurdları" tərəfindən azad olunub. Bir ay Kabul şəhərində xidmətdə olduqdan sonra onu yeni yaradılmış briqadanın tərkibində Cəlalabad şəhərinə göndərilib.[2]

1989-cu ildə Ermənistanla müharibə şəraitində yaşayan Tovuzda könüllülər batalyonu yaradıb.[3][4]

1995-ci ildə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.[4] Həmçinin, Əmiraslanov barəsində çoxsaylı video sujetlər çəkilmişdir.[5][6][7]

Mükafatları

redaktə

"Azərbaycan Bayrağı" ordeni

İstinadlar

redaktə
  1. ↑ "Bin Ladenin məhbusu olmuş azərbaycanlı - Əmiraslanov Etibar Əmiraslan oğlu". 2018-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-29.
  2. ↑ "Əfsanəvi Döyüşçü - Etibar Əmiraslanov". Musavat.com. 2024-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
  3. ↑ "Çeçen və Türkləri ətrafında birləşdirən "Boz Qurd": Etibar Əmiraslanov". Ordu.az. 2024-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
  4. ↑ 1 2 "1995-ci il Baş leytenant Etibar Əmiraslanov". Anspress.com. 2024-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
  5. ↑ "Etibar Əmiraslanovun (Bozqurd Etibar) başçılıq etdiyi Tovuz batalyonu oxuyur Bəybala (Beyiş)". www.youtube.com. 2024-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
  6. ↑ "Bozqurd Etibar Əmiraslanov hər kəsin dilindən düşməyən o məşhur hadisədən danışdı". www.youtube.com. 2024-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
  7. ↑ "Etibar Əmiraslanov Nəcməddin Sadıkovu niyə döyüb?". www.youtube.com. 2024-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Etibar_Əmiraslanov&oldid=7919746"
LOVE.AZ