. Love.az

Etimad Baskecid - Wikipedia - Love.az

Ana Səhifə - Etimad Baskecid

Muradov Etimad Murtuz oğlu (Etimad Başkeçid; 14 iyul 1966, İpnari, Dmanisi rayonu) — azərbaycanlı şair, yazıçı, jurnalist, tərcüməçi.

Etimad Başkeçid
Etimad Murtuz oğlu Başkeçid
Doğum adı Etimad Muradov
Təxəllüsü Etimad Başkeçid
Doğum tarixi 14 iyul 1966(1966-07-14) (58 yaş)
Doğum yeri
  • İpnari, Dmanisi rayonu, Gürcüstan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili
  • Maksim Qorki adına Ədəbiyyat İnstitutu
İxtisası filoloq
Fəaliyyəti yazıçı, hekayə yazıçısı[d]
Əsərlərinin dili azərbaycanca
Janrlar şeir, hekayə
Mükafatları
bashkecid.blogspot.com

Mündəricat

  • 1 Həyatı
  • 2 Kitabları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Etimad Başkeçid 1966-cı il iyulun 14-ü Gürcüstanın SSR-in Dmanisi rayonunun Kirovisi kəndində anadan olub. 1973-1983-cü illərdə Kirovisi orta məktəbində təhsil alıb. 1988-1993-cü illərdə M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxuyub. Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsinin (2007-2008) və "Tərcümə nəzəriyyəsi və praktikası" kafedrasının müdiri (2011), "Tərcümə problemləri" elmi tədqiqat laboratoriyasının elmi işçisi (2004-2005), universitetin "Tələbə dünyası" qəzetinin baş redaktoru (2005-2007), Jurnalistika kafedrasının müəllimi və Folklor araşdırması ETL-in aparıcı elmi işçisi (2009-2010), Folklor araşdırmaları ETL-in böyük elmi işçisi və Jurnalistika nəzəriyyəsi və praktikası kafedrasının müəllimi (2011-2012) olub. Hazırda Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşıdır. [1]

2009-cu ildən AMEA Folklor İnstitutunun dissertantıdır. "Məhsəti türklərinin sürgün folkloru" mövzusunda elmi iş üzərində işləyir.

2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin, eləcə də birliyin Gənclər şurasının üzvüdür. AYB-nin "Dünya ədəbiyyatı" jurnalının redaksiya heyətinin üzvü, "Mütərcim" jurnalının redaktoru, Prezident təqaüdçüsü (2008-2009) olmuşdur.

Çox sayda publisistik məqalənin, bir neçə elmi məqalənin, bir çox bədii və elmi kitabın redaktoru və önsözünün müəllifidir.

Rus və türk dillərini bilir.

Evlidir. İki oğlu var.

Kitabları

redaktə
  • Panoptikum (şeirlər və hekayələr)
  • Y.Polyakov. Süddə çəpiş.
  • L.Anninski. Ceviz ləpəsi.
  • S.Kinq. Ölü zona.
  • V.Jirmunski. Xalq qəhrəmanlıq eposu[2]

İstinadlar

redaktə
  1. ↑ "Etimad Başkeçid: "Nə yaxşı Allah məni Tərcümə Mərkəzinə ürcah etdi" (müsahibə)". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
  2. ↑ "Viktor Jirmunskinin "Xalq qəhrəmanlıq eposu" Azərbaycan dilində nəşr olunub". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.

Xarici keçidlər

redaktə
  • Etimad Başkeçid: "Bunların yiyəsi yoxdumu?" (müsahibə)
  • Qırxayaq hər addımını düşünsəydi... - Etimad Başkeçid yazır
  • Etimad Başkeçid: Portret eskizləri
  • Etimad Başkeçid - Necə ki, insan ətiylə qidalanır ümidlər (şeirləri)
  • Etimad Başkeçid. "Min yol mənə söylər" (roman) (pdf)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Etimad_Başkeçid&oldid=8048583"
LOVE.AZ