. Love.az

Eybali Mehreliyev - Wikipedia - Love.az

Ana Səhifə - Eybali Mehreliyev
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Mehrəliyev Eybalı Qara oğlu (1930, Bico – oktyabr 2011, Bakı) — coğrafiya elmləri doktoru, professor.

Eybalı Mehrəliyev
Doğum tarixi 1930
Doğum yeri
  • Bico, Azərbaycan
Vəfat tarixi oktyabr 2011
Vəfat yeri
  • Bakı, Azərbaycan
Elmi dərəcəsi
  • coğrafiya elmləri doktoru

Həyatı

redaktə

1930-cu ildə Ağsu rayonunun Bico kəndində anadan olmuşdur.

1951-ci ildə ADPİ-nu bitirmişdir. İnstitutda laborant, Coğrafiya İnstitutunda kiçik elmi işçi, EA-nın İqtisadiyyat İnstitutunda kiçik və böyük elmi işçi, S.Dadaşov adına Tikinti Materialları Elmi-Tədqiqat İnstitutunda iqtisadi tədqiqatlar şöbəsinin müdiri, Neft Akademiyasında və İqtisadiyyat İnstitutunda dosent işləmişdir.

APİ-nin dekanı olmuş, Kosmik tədqiqatlar EİB-nin laboratoriya müdiri işləmiş, Coğrafiya İnstitutunda "Əhali coğrafiyası" şöbəsini yaratmış və ona rəhbərlik etmişdir.

E.Q.Mehrəliyev 1958-ci ildə Bakıda namizədlik, 1992-ci ildə Kiyevdə doktorluq dissertasiyası müdafiə etmişdir.

150-yə yaxın elmi məqalənin, 4 monoqrafiyanın, 4 kitabçanın, 14 çap olunmuş elmi işin, 14 elmi-tədqiqat hesabatının müəllifidir.

Dövlət İdarəçilik Akademiyasında işləyirdi. 2011-ci ildə oktyabr ayında Bakı şəhərində vəfat etmişdir.

İstinadlar

redaktə
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Eybalı_Mehrəliyev&oldid=6646983"
LOVE.AZ