Ayvaz Məhəmməd oğlu Ayvazov və ya Eyvaz Borçalı (5 may 1938, Ağammədli, Marneuli rayonu) — şair, tərcüməçi, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1981), "Azərbaycanfilm" kinostudiyasının keçmiş rəhbəri (1984–1986).
Eyvaz Borçalı | |
---|---|
Eyvaz Məhəmməd oğlu Eyvazov | |
Doğum adı | Ayvaz Ayvazov |
Doğum tarixi | 5 may 1938(1938-05-05) (87 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | ssenarist |
Əsərlərinin dili | azərbaycanca |
İlk əsəri | Əbədi Məşəl |
Mükafatları |
![]() ![]() ![]() |
Eyvaz Borçalı 1938-ci il mayın 5-də Gürcüstanın Borçalı (Marneuli) rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Burada Qaçağan onbirillik məktəbini bitirdikdən sonra M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə həmin institutun VI kursundan Moskvaya, M. Qorki adına Ədəbiyyat İnstitutuna, bədii tərcümə bölməsinə keçirilmişdir. Buranı bitirdikdən sonra Azərnəşrdə redaktor kimi əmək fəaliyyətinə başlamışdır (1964). "Azərbaycanfilm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1970), "Mozalan" satirik kino-jurnalının baş redaktoru (1971–1984), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru (1984–1986) vəzifəsində işləmişdir.
Ədəbi yaradıcılığa 1960-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan "Əbədi məşəl" şerilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı şeirlərini və bədii tərcümələrini çap etdirmişdir. Bakı şəhər Oktyabr rayonu xalq deputatları Sovetinə üç çağırış deputat seçilmişdir. "Kirpi" jurnalının baş redaktoru olmuşdur (1986–1993). Respublika mədəniyyət işçiləri həmkarlar komitəsinin üzvüdür. "Şərəf nişanı" ordeni (1980), iki dəfə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı (1978; 1988) və bir medalla təltif edilmişdir. 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur[1]
Eyvaz Borçalı Borçalı İctimai Cəmiyyətinin təsisçisisdir. 1993–2006-cı illər arası cəmiyyətə sədrlik edib.
Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub.
(ruscadan)