. Love.az

Eyvaz Qelemceli - Wikipedia - Love.az

Ana Səhifə - Eyvaz Qelemceli

Eyvaz Qələmçəli (1929, Köhnəqışlaq, Ağstafa rayonu – 19 mart 2003, Ağstafa rayonu) — şair[1], Azərbaycan Yazıçılar Birliyinin üzvü.

EYVAZ QƏLƏMÇƏLİ
Eyvaz Qasım oğlu Həsənov
Doğum tarixi 1929
Doğum yeri
  • Köhnəqışlaq, Ağstafa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 19 mart 2003(2003-03-19)
Vəfat yeri
  • Ağstafa rayonu, Azərbaycan
Dəfn yeri
  • Ağstafa rayonu
Fəaliyyəti şair

Həyatı

redaktə

Eyvaz Qələmçəli 1929-cu ildə Ağstafa rayonunun Köhnəqışlaq kəndində anadan olub. 15 yaşından şeir yazmağa başlayıb. İndiyə kimi üç kitabı - "Könlüm istəyir", "Bu dağlardadır", "Kürəyində haqqın əli" nəşr olunaraq oxucuların ixtiyarına verilib.

Eyvaz Qələmçəli "Şəhid oldu", "Kürəyində haqqın əli", "Qurbanam", "İncədərə", "Qoru", "Ehtiyacım var", "Gəncə bax", "Kimi", "Qaldı", "Ağlar", "Həkim", "Dünya", "Qocalmışam", "Mən Qocalmazdım", "Düşür yadıma", "Səslə mən döyüşə", "Azərbaycan əsgəri", "Ay aşıq", "Ceyrançölün çobanları", "Sinədəftər şair Zəlimxan Yaquba", "Hanı", "Aşıqlar evi", "Allah" və s. yüzlərlə şeir yazmışdır.

Min yerdən atıldı odlu daş mənə,
Biri ona dəymədi, dəydi beş mənə.
Vətən torpağını yağı düşmənə
Satanlar qocaltdı, mən qocalmazdım.

-deyən şair 2003-cü ilin mart ayının 19-da vəfat edib. Ağstafa rayon İcra Başçısının və Yazıçılar Birliyinin birgə fəaliyyəti nəticəsində onun 80 illik yubileyi 2009-cu il iyul ayının 3-də təntənəli qeyd edilib.

İstinadlar

redaktə
  1. ↑ “Sovet Ermənistanı”, №43 (9690), 8 aprel 1972. səh.4
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Eyvaz_Qələmçəli&oldid=8000284"
LOVE.AZ