Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد; 5 noyabr 1921[1][2] – 2 iyul 2013[1][2], İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı.
Fövziyyə bint Fuad | |
---|---|
ərəb. فوزية بنت فؤاد الأول | |
![]() | |
İran məlikəsi | |
1941 – 1945 | |
Əvvəlki | Tacülmüluk |
Sonrakı | Sürəyya İsfəndiyari |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 noyabr 1921(1921-11-05)[1][2] |
Vəfat tarixi | 2 iyul 2013(2013-07-02)[1][2] (91 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | Qahirə, Misir |
Fəaliyyəti | consort[d] |
Atası | I Fuad |
Anası | Nazlı Səbri |
Həyat yoldaşları |
|
Ailəsi | Kavalalı ailəsi |
Dini | İslam, Sünni |
Təltifləri |
![]() |
![]() |
Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi.[3] Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı.[4]
Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu[5][6] və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü.[7] Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da,[8][9] toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar.[10] Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə,[11][12] daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi.[4][10] 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.[13]
1941-ci ildə ildə Məhəmməd Rza Pəhləvi şah elan edilmişdir. Eyni zamanda şah və həyat yoldaşının ailə həyatı dağılmağa başlamışdır. 1945-ci ildə Qahirəyə qayıdan Fövziyyə Misir məhkəməsindən boşanma haqda şəhadətnamə əldə etmişdir.[14] İranı tərk etməyinin səbəbi, öz sözlərinə görə, o zamankı Tehranın Qahirəylə müqayisədə geridə qalmış bir şəhər olduğu, İranın iqlimi ona düşmədiyi[15][16] və hətta şahın ona xəyanət etdiyi idi.[17] Bütün bunlar Fövziyyənin hələ məlikə olduğu ikən depressiya halına düşdüyü ilə və Bağdadda psixiatrik müalicə keçmək məcburiyyətində olduğu ilə nəticələnmişdir.[10]
Fövziyyənin əldə etdiyi boşanma sənədləri İranda 1948-ci ilə qədər tanınmırdı.[18] Maraqlıdır ki, Fövziyyənin qardaşı Fərrux şah da ilk arvadı məlikə Fəridəni 1948-ci ildə boşamışdır.[18][19] Lakin İranda boşanma bərqərar olunandan sonra şah rəsmi bəyanatında boşanmanın səbəbi kimi "İran iqliminin məlikənin səhhətinə düşərli olmadığını" demişdi və boşanmanın "Misir və İran arasında olan dostluq əlaqələrinə heç cür təsir göstərməyəcəyini" bildirmişdir.[20]
1949-cu ildə şahzadə titulunu özünə qaytarmış Fövziyyə polkovnik İsmayıl Şirin ilə ailə qurmuşdur.[21] Bu nikahdan iki övlad dünyaya gəlmişdir: Nadiyə xanım və Hüseyn Şirin əfəndi.[22] 1952-ci ildə inqilab nəticəsində baş vermiş qardaşı sultan Fərruxun devrilişindən sonra artıq sabiq şahzadə Fövziyyə Misirdə qalıb ömrünün sonunacan İsgəndəriyyədə yaşamışdır. Fövziyyə bint Fuad 2013-cü ildə 91 yaşında vəfat etmiş və Qahirədə ikinci həyat yoldaşının qəbrinin yanında torpağa tapşırılmışdır.[23]