. Love.az

Fuzuli Bayat - Wikipedia - Love.az

Ana Səhifə - Fuzuli Bayat

Füzuli Bayat (Gözəlov Füzuli Xeyrulla oğlu; 28 aprel 1958, Xırmandalı, Masallı rayonu) – folklorşünaslıq, dil tarixi, təsəvvüf ədəbiyyatı sahəsində tanınmış Azərbaycanlı alim, filologiya elmləri doktoru, professor.[2]

Füzuli Bayat
Füzuli Gözəlov
Digər adı Bayat
Doğum tarixi 28 aprel 1958(1958-04-28) (67 yaş)
Doğum yeri
  • Xırmandalı, Masallı rayonu, Azərbaycan SSR, SSRİ
Elm sahələri türkologiya, folklorşünaslıq, filologiya[1], ədəbiyyatşünaslıq[1]
Elmi dərəcəsi
  • professor
İş yeri
  • AMEA Folklor İnstitutu
Təhsili
  • Azərbaycan Dillər Universiteti

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti və mükafatları
  • 3 Əsərləri
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Füzuli Gözəlov (Bayat) 1958-ci ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsinə daxil olmuş, 1984-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1987-1990-cı illərdə Özbəkistan EA Ədəbiyyat və Dil İnstitutunun aspiranturasına daxil olmuş, 1990-cı ildə vaxtından 6 ay öncə müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. Füzuli Bayat 1997-ci ildə "Oğuz dastanı: tarixi-mifoloji kökləri və spesifikası" mövzusunda doktorluq işi müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini almışdır.[3]

1993-1995-ci illərdə "Ortaq türk ədəbiyyatı" şöbəsinin müdiri olmuş, 1995-1999-cu illərdə isə "Dədə Qorqud Ensiklopediyası"nda baş redaktorun müavini vəzifəsində çalışmış, ensiklopediyanın hazırlanmasında və məqalələrin yazılmasında iştirak etmişdir. 1999-2008-ci illərdə Türkiyənin Qaziantep Universitetində çalışmışdır. 2003-cü ildən AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi olmuş, 2012-ci ildə isə "Müasir Folklor" şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 1997-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür.

Ailəlidir, 3 övladı var.

Elmi fəaliyyəti və mükafatları

redaktə

Füzuli Bayat 18 iyun 2005-ci ildə Hüseyn Qazi Mədəniyyət və İncəsənət Vəqfi tərəfindən "Türk Kültür ve Bilimine Hizmet Ödülü"nə layiq görülmüşdür. 6 May 2006-cı ildə elmi əsərlərin birinciliyinə görə Türk Ocaqları Baş icraçı direktoru tərəfindən "Prof. Dr.Osman Turan Başarı Ödülü" almışdır.[4] 2007-ci ildə Samsun səhərində Şamanlıqla bağlı verilən çoxsaylı panel və konfranslara görə Ülkü Ocaqları tərəfindən mükafatla təltif olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə Azərbaycan folklorunun tədqiqi və təbliği sahəsindəki çoxillik səmərəli elmi fəaliyyətinə görə Füzuli Gözəlov Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Azərbaycan kütləvi informasiya vasitələri işçilərinin həmkarlar ittifaqı rəyasət heyətinin qərarı ilə 4 oktyabr 2012-ci ildə Füzuli Bayat "Azərbaycan Bayrağı" mükafatı ilə təltif olunmuşdur.

Avropa Nəşr Mətbu Evi mükafat komissiyasının qərarı ilə Azərbaycan Respublikasının milli-mənəvi dəyərlərinin qorunmasında, gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, ortaq türk ədəbiyyatı, müasir folklor sahəsində apardığı uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, türk xalqlarının müasir folklor tarixinin elmi araşdırılmasında göstərdiyi xidmətinə görə 2015-ci ildə "Ən Yaxşı Vətənpərvər Tədqiqatçı Alim" qızıl medalı ilə təltif olunmuşdur.

Füzuli Bayat Tükiyədə indiyə qədər işləyən xarici vətəndaşlar içində ən çox elmi əsərləri olan tədqiqatçı hesab edilir. O, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan başda olmaqla bir çox ölkələrdə 80-dən çox beynəlxalq simpoziumlarda, konfranslarda, qurultaylarda məruzə ilə iştirak etmişdir.

Füzuli Gözəlov Azərbaycan folklorunun və ədəbiyyatının təbliği, yayılması ilə bağlı da böyük işlər görmüşdür. O, Türkiyənin bir çox televiziya kanallarında Azərbaycan mədəniyyəti, folkloru ilə bağlı verilişlərdə iştirak etmiş, Azərbaycan televiziya kanallarında çoxsaylı verilişlərə qatılmış, "Klassik irsimizdən" verilişinin aparıcısı olmuş, hazırda İctimai TV-də "El sənəti" proqramının aparıcısıdır.

Füzuli Bayat, bu günə qədər 10 magistr və 8 fəlsəfə doktorunun dissertasiyasına rəhbərlik etmişdir.

Əsərləri

redaktə

Füzuli Bayat 37 kitabın, o cümlədən, 24 monoqrafiyanın, 13 tərcümə və tərtib kitablarının və yüzlərlə elmi məqalənin müəllifidir.    

  1. Oğuz Epik Ənənəsi və Oğuz Kağan Dastanı. Bakı: Sabah Nəşriyyatı, 1993
  2. Xoca Əhməd Yəsəvi və Xalq Sufizminin Bəzi Problemləri. Bakı: Ağrıdağ Nəşriyyatı, 1997
  3. Korkut Ata. Mitolojiden Gerçekliğe Dede Korkut. Ankara: KaraM, 2003
  4. Köroğlu. Şamandan Aşıka, Alptan Erene. Ankara: Akçağ, 2003
  5. Türk Dili Tarihi. Başlangıçtan Günümüze Kadar Türk Dili. Ankara, 2003; 2. Basım, Çorum: KaraM, 2006
  6. Mitolojiye Giriş. Çorum: KaraM, 2005; 2. Basım, İstanbul: Ötüken, 2007; 3. Basım, İstanbul: Ötüken, 2010;  4. Basım, İstanbul: Ötüken, 2013; 5. Basım, İstanbul: Ötüken, 2016 ; 6 Basım, İstanbul: Ötüken, 2016
  7. Ay Kültünün Dini-Mitolojik Sisteminde Türk Boy Adları Etimolojisi. Ankara: 3ok, 2005
  8. Ana Hatlarıyla Türk Şamanlığı. İstanbul: Ötüken, 2006; 2. Basım, İstanbul: Ötüken, 2009; 3. Basım, İstanbul: Ötüken, 2013; 4. Basım, İstanbul: Ötüken, 2015; 5. Basım, İstanbul: Ötüken, 2017
  9. Oğuz Destan Dünyası. Oğuznamelerin Tarihi, Mitolojik Kökenleri ve Teşekkülü. İstanbul: Ötüken, 2006; 2. Basım, İstanbul: Ötüken, 2013
  10. Türk Mitolojik Sistemi. Ontolojik ve Epistemolojik Bağlamda Türk Mitolojisi. Cilt: 1, İstanbul: Ötüken, 2007; 2. Basım, İstanbul: Ötüken, 2011; 3. Basım, İstanbul: Ötüken, 2015
  11. Türk Mitolojik Sistemi. Kutsal Dişi – Mitolojik Ana, Umay Paradigmasında İlkel Mitolojik Kategoriler – İyeler ve Demonoloji. Cilt: 2, İstanbul: Ötüken 2007; 2. Basım, İstanbul: Ötüken, 2012; 3. Basım, İstanbul: Ötüken, 2016
  12. Masallı folklor örnəkləri. 1-ci kitab, Bakı: Elm və təhsil, 2013 (Toplama, tərtib və giriş məqaləsi)
  13. Övliya mənkabələri və ya türk dərvişlərinin kəramətləri. Bakı: Elm və təhsil, 2013 (Tərcümə, giriş məqaləsi)
  1. Büyük Türk Bilgini ve Ansiklopedisti Kaşgarlı Mahmut. İstanbul: Ötüken, 2008; 2. Basım, İstanbul: Ötüken, 2014
  2. Türk Destancılık Tarihi Bağlamında Köroğlu Destanı (Türk Dünyasının Köroğlu Fenomenolojisi). İstanbul: Ötüken, 2009; 2.Basım, İstanbul: Ötüken, 2016
  3. Türk Kültüründe Kadın Şaman. İstanbul: Ötüken, 2010; 2. Basım, İstanbul: Ötüken, 2012; 3. Basım, İstanbul: Ötüken, 2015; 4. Basım, İstanbul: Ötüken, 2015
  4. Folklor haqqında yazılar (Nəzəri məsələlər). Bakı: Elm və təhsil, 2010
  5. Dər Amadi bər Osturaşinasi (Ostureşinaseyi Torkan), (Mutercim Kazım Abbasi). Təbriz: Yaran, 1390 (2011)
  6. Türk təkkə (təsəvvüf) ədəbiyyatı. Bakı: Elm və təhsil, 2011
  7. “Koroğlu” dastanının mənşəyi. Bakı: Elm və təhsil, 2012 (Xatirə Bəşirli ilə birlikdə)
  8. Folklor dərsləri. Bakı: Elm və təhsil, 2012
  9. Azərbaycan folkloru və yazılı ədəbiyyat. Bakı: Elm və təhsil, 2013 (Xatirə Bəşirli ilə birlikdə)
  10. Kərbəla folkloru. Məhərrəmlik rituallarından Şəbih meydan tamaşalarına. Bakı: Elm və təhsil, 2014
  11. Mitten Yazıya, Sözden Tarihe Dede Korkut Oğuznameleri. İstanbul: Ötüken, 2016
  12. Kadim türklerin mitolojik hikayeleri. İstanbul: Ötüken, 2017
  13. Masallı folklor örnəkləri. 2-ci kitab, Bakı: Nurlan,  2013 (Toplama, tərtib və giriş məqaləsi)
  14. Charles Perrault (Şarl Perro), Sadədil anamın nağılları. Bakı: Nurlan, 2013 (Tərcümə və giriş məqaləsi)
  1. Şamandan səmazənə: oyun və oyunçu. Bakı: Elm və təhsil, 2017
  2. Türk kültüründe deli ve delilik. İstanbul: Ötüken
  3.  Şaman Əfsanələri və Söyləmələri. Bakı: Yazıcı Nəşriyyatı, 1993 (Tərcümə, C. Məmmədov ilə birlikdə)
  4. Zaman Zaman İçində, Türk Xalqlarının Nağılları. Bakı:  Yazıcı Nəşriyyatı  1993 (Tərcümə və Tərtib)
  5. Əlişir Nəvai Haqqında Rəvayətlər. Bakı:  Yazıcı Nəşriyyatı, 1994 (Tərcümə və Tərtib)
  6. Şah Abbasın Arvadı. Bakı: Yazıcı Nəşriyyatı, 1996 (Toplama və Tərtib)
  7. X. Koroğlu, Oğuz Qəhrəmanlıq Eposu. Bakı: Yurd, 1999 (Tərcümə, A. Əmrahoğlu, P. Əlioğlu və Ş. Əhmədova ilə birlikdə)
  8. Türk Şaman Metinleri. Efsaneler ve Memoratlar. Ankara: Piramit,  2004; 2. Basım, Ankara: 3ok, 2005 (Tərcümə və Tərtib)
  9. Eski Türkçe Sözlük. İstanbul: Yalın Yayıncılık, 2008 (M.Esen Aliyeva ilə birlikdə)
  10. Orta Türkçe Sözlük. İstanbul: Yalın Yayıncılık, 2008
  11. Zahirəddin Məhəmməd Babur, Baburnamə. Bakı: Avrasiya Press, 2011 (Tərcümə, giriş məqaləsi)

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Bayat, Fuzuli // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. ↑ "Gözəlov (Bayat) Füzuli Xeyrulla oğlu" (az.). science.gov.az. 2018-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28.
  3. ↑ "Prof. Dr. Fuzuli Bayat (1958 - .... )" (türk). kimkimdir.gen.tr. 2018-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28.
  4. ↑ "FÜZULİ BAYAT" (az.). folklor.az. 2018-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28.

Xarici keçidlər

redaktə
  • Fuzuli Bayat - Yazarın kitapları
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Füzuli_Bayat&oldid=7865700"
LOVE.AZ