FİFA Dünya Kuboku 1930-cu ildən etibarən baş tutan beynəlxalq futbol yarışıdır. Dünya Çempionatına Beynəlxalq Futbol Federasiyasına (FIFA) üzv olan yığmalar qatılır. Dörd ildə bir dəfə baş tutan yarış, İkinci Dünya müharibəsi səbəbi ilə 1942 və 1946-cı illərdə baş tutmayıb. Dünya Çempionatı sonuncu dəfə 2018-ci ildə Rusiyada baş tutub. Həmin çempionatın qalibi Xorvatiyanı 4:2 hesabı ilə məğlub edən Fransa yığmasını olub.
Dünya Çempionatının final oyunu, yarışın sonuncu oyunu hesab olunur. Dünya Çempionatı final oyunu 90 dəqiqə davam edir. Əgər 90 dəqiqə heç-heç başa çatsa, oyun əlavə 30 dəqiqə davam edir. Əgər 30 dəqiqədə heç-heç başa çatsa, oyunsonrası penaltilər seriyası yerinə yetirilir. Final oyununda qalib gələn yığma, FIFA Dünya Çempionatının qalibi elan olunur.
1930-cu ildən bu günə qədər 21 dəfə Dünya Çempionatın baş tutub və 79 yığma yarışda çıxış edib. Onlardan 13 yığma Dünya Çempionatının final oyununda çıxış edib, 8 yığma isə Dünya Çempionatının qalibi olub. 21 Dünya Çempionatı finalının 5-də Braziliya, 4-də Almaniya və İtaliya, 2-də Argentina və Uruqvay, 1-də isə İngiltərə və İspaniya qalib gəlib. Final oyunun qalib gələn yığmaya, FIFA Dünya Çempionatının trofeyi verilir, trofeyin aşağısında isə qalib gələn yığmanın adı qeyd olunur.
1970 və 1994-cü illərdə, həmçinin 1986, 1990 və 2014-cü illərdə baş tutan final oyunları, eyni yığmaların çıxış etdiyi final oyunları hesab olunur (Braziliya-İtaliya və Argentina-Almaniya müvafiq olaraq). 1930 və 1966-cı illərdə baş tutan final oyunları istisna olmaqla, Dünya Çempionatı bütün final oyunları bazar günü baş tutub (1930-cu ildə çərşənbə günü, 1966-cı ildə isə şənbə günü baş tutub).
Uruqvay | Argentina | Sentenario Stadionu | Montevideo, Uruqvay | [1][2] | ||
İtaliya | Roma, İtaliya | [1][3] | ||||
İtaliya | Macarıstan | Paris, Fransa | [1][4] | |||
1939–1945-ci illərdə baş verən İkinci Dünya müharibəsi səbəbi ilə baş tutmadı | ||||||
Uruqvay | Braziliya | Rio-de-Janeyro, Braziliya | [1][5] | |||
Qərbi Almaniya | Macarıstan | Bern, İsveçrə | [1][6] | |||
Braziliya | Solna, İsveç | [1][7] | ||||
Braziliya | Santiaqo, Çili | [1][8] | ||||
İngiltərə | Qərbi Almaniya | London, İngiltərə | [1][9] | |||
Braziliya | İtaliya | [1][10] | ||||
Qərbi Almaniya | Hollandiya | [1][11] | ||||
Argentina | Hollandiya | [1][12] | ||||
İtaliya | Qərbi Almaniya | [1][13] | ||||
Argentina | Qərbi Almaniya | [1] | ||||
Qərbi Almaniya | Argentina | [1] | ||||
Braziliya | İtaliya | [1] | ||||
Fransa | Braziliya | [1] | ||||
Braziliya | Almaniya | [1] | ||||
İtaliya | Fransa | [1] | ||||
İspaniya | Hollandiya | [1] | ||||
Almaniya | Argentina | [1] | ||||
Fransa | Xorvatiya | [1] | ||||
Milli Stadion | Lusail, Qətər | |||||