Fərda İmanov (13 mart 1957, Bakı) ― coğrafiya elmləri doktoru (1997), professor (2002).[1][2]
Fərda İmanov | |
---|---|
İmanov Fərda Əli oğlu | |
Doğum tarixi | (68 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | coğrafiyaçı |
Elmi dərəcəsi | coğrafiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Bakı Dövlət Universiteti |
Təhsili | Leninqrad Hidrometeorologiya İnstitutu |
Fərda İmanov 1957-ci il martın 13-də Bakıda anadan olub. 1964-1974-cü illərdə Mehdi Hüseynzadə adına 19 saylı orta məktəb oxuyub. Ali təhsilini 1974-1979-cu illərdə Leninqrad Hidrometeorologiya İnstitutunda Hidrologiya fakültəsində alıb. 1992-ci ildən BDU-da çalışır. Ailəlidir, iki övladı var.[1][2]
Fərda İmanov 1982-ci ildə Leninqrad Hidrometeorologiya İnstitutunun əyani aspiranturasına daxil olub və 1984-cü ildə həmin ali məktəbdə fəaliyyət göstərən İxtisaslaşmış elmi şurada namizədlik dissertasiya işini müdafiə edib. 1997-ci ildə Tbilisi Dövlət Universitetində fəaliyyət göstərən İxtisaslaşmış elmi şurada doktorluq dissertasiya işini müdafiə edib və coğrafiya elmləri doktoru elmi dərəcəsini alıb. Fərda İmanov 2003-cü ildən BDU-nun Hidrometeorologiya kafedrasının professoru, 2004-cü ildən isə müdiridir. 226 elmi əsərin və 15-dən artıq dərslik və monoqrafiyanın müəllifidir.[1][2]
Coğrafiya, hidrometeorologiya, su ehtiyatları, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, çayların bərpası və ekoloji axım.[1]