. Love.az

Ferhad Ibrahimi - Wikipedia - Love.az

Ana Səhifə - Ferhad Ibrahimi

Fərhad İbrahimi Korabbaslu (oktyabr 1935, Ərdəbil – 9 fevral 2019, Ərdəbil) — azərbaycanlı şair. "Ayrılıq" mahnısının sözlərinin müəllifi.[1]

Fərhad İbrahimi
رجب ابراهیمی
Doğum tarixi 1935
Doğum yeri Ərdəbil
Vəfat tarixi 9 fevral 2019
Vəfat yeri Ərdəbil
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti Şairlik
Yazıçılıq

Mündəricat

  • 1 Həyatı
  • 2 Mahnıları
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Həyatı

redaktə
 
Soldan: Fərhad İbrahimi , Əli Səliminin həyat yoldaşı Fatma Qənnadi və Əli Səlimi

Fərhad (Rəcəb) İbrahimi Korabbaslu 1935-ci ildə Ərdəbilin Yurtçu bölgəsində yerləşən Kurabazlı (Korabbaslu) kəndində anadan olmuşdur. Fərhad (Rəcəb) İbrahimi Kurabazli "Ayrılıq", "Açıl Səhər" və "Ağlama" kimi mahnıların sözlərinin müəllifidir.[2]

Fərhad İbrahimi 84 yaşında İranın Ərdəbil şəhərində vəfat etmişdir.

Mahnıları

redaktə

"Ayrılıq" mahnısının sözləri Fərhad İbrahimiyə məxsusdur. "Ayrılıq" mahnısının musiqisini bəstələyən Əli Səlimi bu barədə demişdir:

  Mən uzun zaman idi bir çox azərbaycanlının həyatına ağrı və kədər gətirən ayrılıq mövzusunda bir mahnı bəstələmək üçün uyğun sözlər axtarırdım. Çoxlarımız üçün bu, ailə üzvləri, sevdiklərimiz, qohumlar və Arazın o tayındakı doğma kəndlər və şəhərlərimizdən ayrı olmaq demək idi. O dövrdə nə Sovet, nə də Şah rejimi bizlərə o taydakılarla görüşmək üçün icazə vermirdilər. Bir gün Fərhad adında gənc bir şair mənə bir şeir gətirdi. Öncə çox maraqlanmasam da, şeiri oxuduqdan sonra budur mənim axtardığım, dedim.[3]  

İstinadlar

redaktə
  1. ↑ Əlirza Quluncu. ""Ayrılıq" mahnısının şairi komada" (Azərbaycanca). amerikaninsesi. 2014. 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-03.
  2. ↑ Əlirza Quluncu. ""Ayrılıq" mahnısının müəllifi vəfat edib" (Azərbaycanca). amerikaninsesi. 9 fevral 2019. 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-03.
  3. ↑ ""Ayrılıq" mahnısının ilk ifaçısı vəfat edib". "Amerikanın səsi". 24 iyun 2017 tarixində arxivləşdirilib.

Həmçinin bax

redaktə
  • Əli Səlimi
  • Ayrılıq
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fərhad_İbrahimi&oldid=8022859"
LOVE.AZ