Fəridə xanım Sultan (30 aprel 1847, İstanbul – dekabr 1920, İstanbul) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.
Fəridə xanım Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 aprel 1847(1847-04-30) |
Doğum yeri | Arnavutköy sahilsarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | dekabr 1920 (73 yaşında) |
Vəfat yeri | Arnavutköy sahilsarayı, İstanbul, Osmanlı imperiyası |
Atası | Əhməd Fəthi Paşa |
Anası | Atiyə Sultan |
Həyat yoldaşı | Mahmud Nədim Paşa |
Uşağı | Mehmed Sahib bəy |
Ailəsi | Osmanlı xanədanı |
Fəridə xanım Sultan 30 aprel 1847-ci ildə Arnavutköy sahilsarayında dünyaya gəldi. Atası Sultan Mahmud və Sultan Əbdülməcid dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş Əhməd Fəthi Paşa, anası isə Sultan Mahmudun qızlarından Atiyə Sultandır. Ancaq hələ 3 yaşında ikən anası vəfat etdi və bacısı Səniyə xanımla birlikdə Fəriyə sarayına köçürüldülər. Burada xüsusi nəzarət altında böyüdülən xanım sultanlar mükəmməl təhsil aldılar.
Ancaq 1867-ci ildə Misir xədivi İsmayıl Paşanın anası Hoşyar Qadınəfəndinin İstanbul ziyarəti əsnasında bu saray da xanım sultanların əlindən alındı və Fəridə xanım bacısının ailəsiylə birlikdə keçmiş məclis üzvü Rüfət Paşanın köşkündə məskunlaşdı. Ertəsi il 1868-ci ildə Mahmud Nədim Paşayla evləndirildi və bu nigahdan bir oğlu dünyaya gəldi. Buna baxmayaraq qısa zaman sonra bu 2 xanım sultan ailələriylə birlikdə doğulduqları Arnavutköy sarayına köçürüldülər və ömürlərinin sonunadək burada yaşadılar.
1904-cü ildə ərinin ölümüylə dul qalan Fəridə xanım Sultan 1920-ci ilin dekabrında vəfat etdi və cənazəsi Yəhya Əfəndi türbəsi yaxınlığındakı məzarlığa bacısının yanına dəfn olundu.