Fərid Rauf oğlu Şəfiyev (21 iyul 1969, Bakı) — Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri.[1] Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri.[2]
Fərid Şəfiyev | |
---|---|
Doğum tarixi | 21 iyul 1969(1969-07-21) (55 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | tarixçi, diplomat, səfir, universitet müəllimi[d] |
Elmi dərəcəsi |
Fərid Şəfiyev 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur.[3]
1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır.[3]
2002–2003-cü illərdə Harvard Universitetinin Kennedi Dövlət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib.[3]
2009–2015-ci illərdə Karlton Universitetində oxuyaraq, tarix üzrə elmlər doktoru dərəcəsini alıb.[3]
1996-cı ildən Xarici İşlər Nazirliyi sistemində işləmişdir.[3]
1998–2001-ci illərdə Azərbaycanın BMT yanında nümayəndəliyində çalışmışdır.[3]
22 may 2009-cu ildən Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir.[2]
2009[4]–2014-cü[5] illərdə Azərbaycanın Kanadada, 2014–2019-cu illərdə isə Çexiyada fövqəladə və səlahiyyətli səfiri olub.[3]
26 may 2011-ci ildən[6] 9 iyul 2014-cü ilədək[5] Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında da Azərbaycan Respublikasının daimi nümayəndəsi olmuşdur.