. Love.az

Ferid Ehmedov Herbci - Wikipedia - Love.az

Ana Səhifə - Ferid Ehmedov Herbci
Bu məqalə hərbçi haqqındadır. Eyni ad-soyadlı nazir üçün baxın: Fərid Əhmədov.

Fərid Güloğlan oğlu Əhmədov (19 yanvar 1986, Cəlilabad rayonu – 4 sentyabr 2010, Çiləbürt, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, "İgidliyə görə" medalı ilə təltif edilib (ölümündən sonra).

Fərid Əhmədov
Fərid Güloğlan oğlu Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 19 yanvar 1986(1986-01-19)
Doğum yeri
  • Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 4 sentyabr 2010(2010-09-04) (24 yaşında)
Vəfat yeri
  • Çiləbürt, Tərtər rayonu, Azərbaycan
Vəfat səbəbi döyüşdə ölüm
Vətəndaşlığı
  •  Azərbaycan
Atası Güloğlan Əhmədov
Anası Nərgiz xanım
Təhsili
  • H. Əliyev adına AAHM
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Rütbəsi
Baş leytenant
Təltifləri "İgidliyə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Təltif və mükafatları
  • 3 Xatirəsi
  • 4 Həmçinin bax
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Fərid Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007–2008-ci illərdə Təlim–Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2008–2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib.

2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.

 
Şəhid Mübariz İbrahimov və Şəhid Fərid Əhmədovun dəfni, 2010-cu il.

Təltif və mükafatları

redaktə

2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb[1].

Xatirəsi

redaktə

2014-cü ilin yanvar ayında şəhid Fərid Əhmədovun ömür yoluna həsr olunmuş "Hay ver mənə, leytenant" filminin təqdimat mərasimi keçirilib.[2][3]

Həmçinin bax

redaktə
  • Azərbaycan Respublikası Xatirə Kitabı, X cild. səh.485.

İstinadlar

redaktə
  1. ↑ "Düşmənə sinə gərmiş qəhrəmanın döyüş qabağı son sözü — news.day.az saytı". 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-05.
  2. ↑ "Şəhid zabit Fərid Əhmədovla bağlı filmin təqdimatı oldu". Xəzər Xəbər (az.). xezerxeber.com. 2014. 2016-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-08.
  3. ↑ Asimqızı, A. "Hay ver mənə, leytenant": Milli Qəhrəman Fərid Əhmədovun xatirəsinə həsr edilmiş film təqdim olundu: [Beynəlxalq Mətbuat Mərkəzində] //Üç nöqtə.- 2014.- 22 yanvar.- S.13.

Xarici keçidlər

redaktə
  • ŞƏHİD FƏRİD ƏHMƏDOV "İGİDLİYƏ GÖRƏ" MEDALI İLƏ TƏLTİF EDİLDİ — mediaforum.az saytı Arxivləşdirilib 2010-12-17 at the Wayback Machine
  • Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun vida mərasimində İlham Əliyevin nitqi
  • Şəhid zabit Fərid Əhmədovla bağlı filmin təqdimatı oldu
  • https://www.facebook.com/SehidFerid/ Facebook səhifəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fərid_Əhmədov_(hərbçi)&oldid=7977959"
LOVE.AZ