. Love.az

Ferman Bey Nerimanbeyli - Wikipedia - Love.az

Ana Səhifə - Ferman Bey Nerimanbeyli

Nərimanbəyli Fərman bəy Əmir bəy oğlu (1898, Şuşa – 1977, Mingəçevir) — Cümhuriyyət tələbəsi, mühəndis.

Fərman bəy Nərimanbəyli
Fərman bəy Əmir bəy oğlu Nərimanbəyli
Doğum tarixi 1898
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1977
Vəfat yeri Mingəçevir, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı İrma Lyarude
Uşaqları Vidadi, Toğrul
Atası Əmir bəy Nərimanbəyov
Fəaliyyəti mühəndis

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Həyatı

redaktə

Fərman bəy Nərimanbəyli 1898-ci ildə Şuşa şəhərində doğulmuşdur. Orta təhsil aldıqdan sonra 1920-ci ilin yanvarında ADR hökuməti onu Fransaya ali təhsil almağa göndərmişdir. Tulusa şəhərindəki Politexnik Universitetini bitirdikdən sonra Azərbaycana dönmüşdür. İxtisasca energetik idi. Azərbaycan Dövlət Plan Komitəsində elektrikləşdirmə bölməsinin rəisi işləmişdir. 1937-ci ildə həbs olunmuş və sürgünə göndərilmişdir. Sürgündən qayıtdıqdan sonra Mingəçevirdə yaşamış və işləmiş, 1977-ci ildə orada vəfat etmişdir.

Ailəsi

redaktə

Fərman bəy Fransada oxuyarkən fransız qızı İrma Lyarude ilə ailə həyatı qurmuşdur. Vidadi və Toğrul adlı oğulları var.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu. Nərimanbəylilər. "Soy" dərgisi, 8 (28), 2009.

Həmçinin bax

redaktə
  • Cümhuriyyət tələbələri
  • Nərimanbəylilər
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fərman_bəy_Nərimanbəyli&oldid=8149711"
LOVE.AZ