Fərmanfərma (fars.فرمانفرما , hərf. "əmr verən") — Səfəvi və Qacar dövlətlərində üç fərqli məna daşıyan titul.[1]
Səfəvi şahları və onların məmurları Avropa monarxlarına müraciət etmək üçün ümumi bir üsul kimi fərmanfərmadan (bəzən fərmanrəva və fərmandə ilə əvəz olunurdu) istifadə edirdilər.
Beş şahzadə və bir tayfa xanı şəxsi titulu kimi fərmanfərma alırdı. Sultan Məsud mirzə Qovanlı-Qacarbu ənənəni 1797-ci ildə Fars valiliyinə təyin olunduqdan sonra oğlu Hüseynəli Mirzəyə titulu verməsi ilə başlamışdır.[1]