Fəxrəddin Qəhrəman oğlu Atayev (31 yanvar 1972, Bakı) — azərbaycanlı dirijor, Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi (2016). Azərbaycan Dövlət Akademik Musiqili Teatrın simfonik orkestrinin baş dirijoru.
Fəxrəddin Atayev | |
---|---|
Fəxrəddin Qəhrəman oğlu Atayev | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | 31 yanvar 1972(1972-01-31) (53 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor |
Fəaliyyət illəri | 1988-ci ildən |
Mükafatları |
![]() |
Fəxrəddin Atayev 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. F.Atayev əmək fəaliyyətinə 1988-ci ildə Azərbaycan Karlar Cəmiyyətinin mədəniyyət evində musiqiçi vəzifəsində başlamışdır. 1990-1992-ci illərdə həqiqi hərbi xidmətə çağırılmış və hərbi orkestrin baş musiqiçisi vəzifəsində xidməti başa vurmuşdur.
F.Atayev 1993-1999-cu illərdə Bakı Musiqi Akademiyasını magistr dərəcəsi ilə, dirijor ixtisası üzrə bitirmişdir. Onun ixtisas müəllimləri Yusif Axundzadə *[1] və Yalçın Adıgözəlov *[2] olmuşdur. 1993-cü ildən 1998-ci ilədək Azərbaycan Dövlət Nəfəs Alətləri orkestrində, valtorna alətləri qrupunun konsertmyestri vəzifəsində çalışmış və 1988-2014-cü illərdə həmin orkestrin dirijoru vəzifəsində fəaliyyət göstərmişdir.
Azərbaycan Dövlət Nəfəs Alətləri orkestri məsuliyyətli dövlət tədbirlərində yüksək səviyyədə çıxışlar etmişdir. Bunlardan, 2001-ci ildə dünya şöhrətli musiqiçi Mistislav Rastropoviçin atası Liyapold Rastropoviçin ev muzeyinin açılış mərasimini, 2002-ci ildə “Üzeyir Musiqi günü” zamanı Dövlət Kapellasını müşayiət edən orkestr Üzeyir Hacıbəyovun “Qalx ayağa millət”, ”Koroğlu” operasının uverturasını və M.Maqomayevin “RV-8”marşını ifa etmişdir. Səslənən əsərlərin ikisini F.Atayev qısa müddət ərzində orkestr üçün orkestrləşdirmişdir. Dövlət Nəfəs Alətləri orkestri *F.Atayevin rəhbərliyi ilə 2000-ci ildən başlayaraq Gəncə şəhər günlərində, 2005-ci ildən başlayaraq hər il H.Əliyev adına Yeni Təhsil Kompleksində tədris ilinin açılış və bağlanış mərasimlərində, hər ilin 9 may tarixində Nərimanov rayonunda yerləşən Qardaşlıq məzarlığındakı anım mərasimində, teatr mövsümlərinin açılışlarında, Novruz bayramıyla əlaqədar keçirilən kütləvi tədbirlərdə, Diplomatiya Akademiyasının magistr buraxılışlarında, Beynəlxalq Kitab sərgisinin açılış mərasimində və habelə İçəri şəhərdə keçirilən və İctimai televiziya tərəfindən yayımlanan “Üzüm” bayramında müvəffəqiyyətlə çıxışlar etmişdi. Qeyd etmək lazımdır ki, orkestrin repertuarında olan əsərlərin bir hissəsi F.Atayev tərəfindən orkestrləşdirilmişdir.
1999-2004-cü illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Dövlət Rəqs ansamblının dirijoru vəzifəsində çalışmışdır. Bu dövr ərzində çox saylı dövlət tədbirlərində və eləcə də Dövlət Rəqs ansamblının 30 illik yubileyinə həsr edilmiş konsertin iştirakçısı olmuşdur.
1999-cu ildə Azərbaycan Dövlət Opera və Balet teatrında ilk debütü Z.Hacıbəyovun “Aşıq Qərib” [3] operası ilə olmuşdur. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Opera və Balet teatrının simfonik orkestrinin dirijoru vəzifəsində çalışmışdır.