Fəzl (ərəb. آل فَضْل, Āl Faḍl) — orta əsrlərdə Suriya səhrası və çöllərində hökmranlıq etmiş, müasir davamçıları əsasən Suriyanın cənubunda və Livanın şərqində yaşayan ərəb qəbiləsi. Fəzl qəbiləsinin əcdadı Fəzl ibn Rəbiə Bənu Tay qəbiləsinin nəslindən idi.[1] Bu tayfa səlibçilərə qarşı börilər və zəngilərə yardım edərək şöhrət qazanmışdılar. Əyyubilər onları adətən əmir əl-ərəb vəzifəsinə təyin edərək Fəzr əmirlərini Suriyanın şimalındakı bədəvi qəbilələri üzərində səlahiyyət ilə təmin etmişdilər.