. Love.az

Fezlulla Xan Debiresseltene - Wikipedia - Love.az

Ana Səhifə - Fezlulla Xan Debiresseltene

Fəzlulla xan Mirzə Ələsgər oğlu Dəbirəssəltənə (1844-1902) — İranın ictimai-siyasi xadimi.

Fəzlulla xan Dəbirəssəltənə
Fəzlulla xan Mirzə Ələsgər oğlu Dəbirəssəltənə
Doğum tarixi 1844
Doğum yeri Təbriz, Qacarlar dövləti
Vəfat tarixi 1902
Vətəndaşlığı Qacarlar dövləti
Uşağı Əbülfət xan

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Mənbə
  • 4 İstinadlar
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Fəzlulla xan Mirzə Ələsgər oğlu 1844-cü ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai təhsilini əmisi Məhəmmədrəfi Nizamülüləmadan almışdı. Sonra mədrəsədə oxumuşdu. Müzəffərəddin mirzə Cənubi Azərbaycanın valisi olarkən Fəzlulla xanı sarayına dəvət etmişdi. Rəisi-xəlvət vəzifəsində çalışmışdı.

Müzəffərəddin şah taxta çıxdıqdan sonra Fəzlulla xanı Tehrana aparmış, vəziri-xəlvət vəzifəsinə təyin etmişdi. Ona Dəbirəssəltənə ləqəbini vermişdi.

Ailəsi

redaktə

Mirzə Fəzlulla xanın Əbülfət xan adlı oğlu vardı.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.52-64.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
  • Mirzə Əsədulla xan Nizaməddövlə
  • Mahmud xan Əlaülmülk
  • İclaülmülk

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fəzlulla_xan_Dəbirəssəltənə&oldid=6725609"
LOVE.AZ