Faiq Əhməd (d. 1982, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — Azərbaycan müasir incəsənət rəssamı.[1] Faiq Əhməd Azərbaycan xalçalarının zəngin naxışlarını və dizaynlarını öyrənir, milli mədəniyyətə və rəssamlıq ənənələrinə əsaslanaraq, nadir və müasir məhsullar yaradır.[2] Bundan istifadə edərək Faiq Əhməd xalçaların dizaynını müasir əsərlərə çevirir.[3]
Faiq Əhməd | |
---|---|
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | Rəssam |
faigahmed.com | |
![]() |
2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını heykəltəraşlıq ixtisası üzrə bitirib. Faiq Əhməd Azərbaycanı Venesiya Biennalesində təmsil etmişdir: öncə 2007-ci ildə Azərbaycan pavilyonu burada ilk dəfə təqdim olunduqdan, sonra 2013-cü ildə “Love Me, Love Me Not”[4] adlı ekspozisiya keçirildikdə; 2018-ci ildə Merkosur Birliyi ölkələrinin 11-ci Biennalesində[5] də Azərbaycanı təmsil etmişdir.
Sənətkar özünün konseptual əsərləri ilə məşhurdur. Həmin əsərlərində o, müasir incəsənətə aid heykəltəraşlıq nümunələri yaratmaq üçün xalq sənəti ənənələrindən və ələlxüsus xalçaçılıq sənətinin vizual dilindən istifadə edir. O, ənənə və stereotipləri müəyyən tərkib hissələrə ayıraraq xalq sənəti haqqında təsəvvürümüzü yeniləyir. Qədim əsnaflıq irsimizi yeni vizual sərhədlərə çıxarır.[6]
Faiq Əhməd fərdi sərgilərini təşkil edərək, eləcə də qrup sərgilərinə qatılaraq öz işlərini dünyanın bir çox yerində, o cümlədən Nyu-York, Paris, London, Berlin, Moskva, Dubay, Şərca, Mumbay, Roma, Venesiya, Vaşinqton, Honkonq, Melburn, Sidney kimi şəhərlərdə, Azərbaycan, İsveç, Norveç və s. ölkələrin müxtəlif şəhərlərində nümayiş etdirmişdir.
Son vaxtlar işlərinin nümayiş olunduğu muzeylərdən Boston İncəsənət Muzeyi, Los-Anceles Dairəsinin İncəsənət Muzeyi, Belvyu İncəsənət Muzeyi, Miluoki İncəsənət və Dizayn Muzeyi, Klivlend Müasir İncəsənət Muzeyi MOCA, Tasmaniyanın Qədim və Yeni İncəsənət Muzeyi, Roma Müasir İncəsənət Muzeyi MACRO, Pensilvaniya İncəsənət və Dizayn Kolleci, İslam İncəsənəti Muzeyi “Şanqri-La”[1], Nyu-York universitetinin Əbu-Dabi filialı, İsveçin Tekstil Muzeyi, Şarlottadakı UNC Universitetinin Projective Eye Qalereyası, Yeni Tretyakov Qalereyası Arxivləşdirilib 2020-09-18 at the Wayback Machine, İstanbul-Modern və s. muzeylərin adını çəkmək olar.
Bundan əlavə, o, 2013-cü ildə Londondakı Viktoriya və Albert Muzeyi[7] tərəfindən Jameel Prize 3 mükafatına namizəd seçilmişdir.
Faiq Əhmədin işləri bir çox açıq kolleksiyalarda saxlanılaraq qorunur:
İşləri həmçinin özəl kolleksiyalarda da yer alıblar:
Fərdi sərgiləri:
2012
2013
2014
2015
2016
2017
2018
2019
Qrup sərgiləri:
2006
2007
2008
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2012-ci il dekabrın 18-də Azərbaycanlı rəssam Ceyhun Ocadov Faiq Əhmədi onun işlərini plagiat etməsində ittiham edib.[19]