Bu məqalənin neytrallığı şübhə doğurur. Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən, və ya mübaliğəli fikirlərin olduğu iddia edilir. Xahiş olunur, bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz. |
Faiq Ələkbərli (tam adı: Faiq Qəzənfər oğlu Ələkbərli; d. 12 aprel 1977, Dəyirmandağ, Gədəbəy rayonu[1]) — AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, türkoloq, alim.[2]
Faiq Ələkbərli | |
---|---|
Faiq Qəzənfər oğlu Ələkbərli | |
Doğum tarixi | 12 aprel 1977(1977-04-12) (48 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Uşağı | 2 |
Elm sahələri | türkologiya, fəlsəfə |
Elmi dərəcəsi | Fəlsəfə üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yerləri | AMEA Fəlsəfə və Sosiologiya İnstitutu |
Təhsili | |
faikalekperov.wordpress.com |
Faiq Ələkbərli 12 aprel 1977-ci ildə Gədəbəy rayonunun Dəyirmandağ kəndində anadan olmuşdur. 1994-cü ildə Dəyirmandağ kənd orta məktəbini bitirərək, fəlsəfə ixtisası üzrə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin bakalavr pilləsinə daxil olmuş,1998-ci ildə isə bitirmişdir. 1999–2001-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin magistratura pilləsində təhsil almışdır.
2005-ci ildə "XX əsrdə Azərbaycanın İctimai-siyasi və fəlsəfi fikir tarixində M. Ə. Rəsulzadənin yeri və rolu" mövzusunda dissertasiya işini müdafiə edərək, 2006-cı ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Faiq Ələkbərli kitablarında turançılıq, türkçülük, islamçılıq, azərbaycançılıq, bütöv azərbaycançılıq, modernləşmə, milli ideologiya, milli ideya, milli kimlik, milli şüur və digər sahələr üzrə özünəməxsus yanaşmalarını formulə etmişdir.[2]
Faiq Ələkbərli ailəlidir, iki övlad var. O, həmçinin İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Rəşad Ələkbərovun dayısıdır.
Faiq Ələkbərli 1997-ci ildən 2003-cü ilə qədər jurnalistika sahəsində çalışmışdır. "Millət", "525-ci qəzet", "Üç nöqtə", "Xalq cəbhəsi" və digər qəzetlərdə jurnalist kimi fəaliyyət göstərmişdir.[3]
Hazırda bir sıra qəzet ("Türküstan" və b.), sayt (moderator.az, bao.az, turkistan.az. və b.) və jurnallarda ("Tük yurdu", "Din araşdırmaları", "Əmək və Sosial Münasibətlər", "Dövlət və din", "Elmi əsərlər" və b.) elmi-publisistik, fəlsəfi-ideoloji məqalələr yazır.[3]
Faiq Ələkbərli 2011-ci ilin noyabrında təsis olunmuş Bütöv Azərbaaycan Ocaqlarının (BAO) aparıcı liderlərindən biridir. "Bütöv Azərbaycan Ocaqları"nın başqanı Zahir Əlisoyun 8 fevral 2021-ci il tarixli sərəncamı ilə Faiq Ələkbərli BAO başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini təyin edilib.[4]
Faiq Ələkbərli bir çox kitab, bir dərs vəsaiti və 230-dan çox elmi məqalənin müəllifidir. Bəzi kitabları Türkiyə və Özbəkistanda da nəşr olunmuşdur.
Faiq Ələkbərli AMEA Rəyasət Heyətinin qərarı ilə 12 sentyabr 2024-cü ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda yeni yaradılmış "Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi" şöbəsinə müdir təyin edilmişdir.[5]
21 fevral 2025-ci ildə Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)" adlı üçcildliyinin əlavələrlə təkrar nəşrinin (əlavələrlə təkrar nəşrinin) təqdimat mərasimi keçirilib.[6]