. Love.az

Faiq Recebov - Wikipedia - Love.az

Ana Səhifə - Faiq Recebov

Faiq Əbdül oğlu Rəcəbov (tam adı:Rəcəbov Faiq Əbdül oğlu, 19 fevral 1933, Bakı – 3 yanvar 2025) — Azərbaycan Respublikasının bədən tərbiyəsi və idman xadimi[1]

Faiq Rəcəbov
Faiq Əbdül oğlu Rəcəbov
Doğum tarixi 9 fevral 1933
Doğum yeri Azərbaycan SSR, Bakı
Vəfat tarixi 3 yanvar 2025 (91 yaşında)
Vəfat yeri Bakı
Dəfn yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Fəaliyyəti gimnast
Mükafatları Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi

Mündəricat

  • 1 Həyatı və fəaliyyəti
    • 1.1 Ailəsi
    • 1.2 Ölümü
  • 2 Təltifləri
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı və fəaliyyəti

redaktə

Faiq Əbdül oğlu Rəcəbov 1933-cü il fevralın 19-da Bakı şəhərində anadan olub. Artıq erkən yaşlarında gimnastikada uğur qazanmağa başlayıb. O, yeniyetmələr arasında Bakı və Azərbaycan birinciliklərinin, o cümlədən tələbələr arasında keçirilən spartakiadaların çempionu olub. İdman gimnastikası üzrə SSRİ idman ustası olan idmançı Azərbaycanın yığma komandasının üzvü kimi, SSRİ çempionatlarının, SSRİ xalqlarının spartakiadasının iştirakçısı olub. Uzun illər ictimai işlərdə də çalışıb. 1980–1990-cı illərdə Azərbaycan Gimnastikası Federasiyasının prezidenti, 1994–1997-ci illərdə Azərbaycanın Milli Olimpiya Komitəsinin baş katibi və Avropa Komitəsinin Texniki Komissiyasının üzvü olub.

Ailəsi

redaktə

Faiq Rəcəbov Azərbaycanın və dünyanın tanınmış şahmatçısı, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbovun babasıdır.

Ölümü

redaktə

2025-ci il yanvarın 3-də vəfat edib.

Təltifləri

redaktə

2022-ci ildə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Bədən Tərbiyəsi və İdman xadimi fəxri adı ilə təltif edilib.[2]

İstinadlar

redaktə
  1. ↑ "Faiq Rəcəbov vəfat etdi". 2025-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-06.
  2. ↑ "Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2025-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-06.

Xarici keçidlər

redaktə
  • Faiq Əbdül oğlu Rəcəbov
  • Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Faiq_Rəcəbov&oldid=8053067"
LOVE.AZ