. Love.az

Faiq Sadiqov - Wikipedia - Love.az

Ana Səhifə - Faiq Sadiqov

Faiq Nurəhməd oğlu Sadıqov (tam adı:Sadıqov Faiq Nurəhməd oğlu;) — Azərbaycan Respublikasının əməkdar jurnalisti[1]

Faiq Sadıqov
Faiq Nurəhməd oğlu Sadıqov
Doğum tarixi 19 avqust 1956 (68 yaş)
Doğum yeri Ləki kəndi, Ağdaş, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ → Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası jurnalist
Fəaliyyəti Jurnalistika
Fəaliyyət illəri 1978-
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 20112011

Mündəricat

  • 1 Həyatı və təhsili
  • 2 Kitabları
  • 3 Təltifləri
  • 4 İstinadlar

Həyatı və təhsili

redaktə

Sadıqov Faiq Nurəhməd oğlu 1956-cı il avqustun 19-da Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olub. 1963-73 illərdə Ləki qəsəbə 6 saylı orta məktəbdə, 1973-1978-ci illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb. 1978-ci ildə Azərbaycan KP MK-nın göndərişi ilə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin Yevlax Radio Verilişləri Redaksiyasında redaktor kimi əmək fəaliyyətinə başlayıb.[2] 1991-94-ci illərdə "Ədalət" qəzetinin Qarabağ bölgəsi üzrə cəbhə müxbiri işləyib. Birinci Qarabağ müharibəsinin ən qaynar nöqtələrindən hazırladığı xəbərlər və digər janrlarda hazırladığı materiallar “Ədalət” qəzetində və digər nəşrlərdə davamlı olaraq dərc edilib. 1996-cı ildə yenidən dövlət televiziyasına qayıdıb. Televiziyanın İnformasiya proqramları studiyasında ən mühüm ictimai-siyasi hadisələr, o cümlədən dövlət başçısının müxtəlif tədbirləri, səfərləri və görüşləri barədə video-materialların efirə hazırlanmasında redactor kimi fəaliyyət göstərib. Televiziyanın xüsusi müxbiri kimi Prezidentlər Heydər Əliyevi və İlham Əliyevi Fransa, Böyük Britaniya, Çin, Rusiya, Bolqarıstan, Latviya, Sloveniya, Xorvatiya və digər ölkələrə səfərlərində müşaiyət edib.

Ailəlidir. İki övladı var.

Kitabları

redaktə

Birinci Qarabağ müharibəsindən bəhs edən "Qarabağan xəbər var.." kitabının müəllifidir.[3]

Təltifləri

redaktə
  • Müxtəlif dövrlərdə "Dan ulduzu", "Zərdabi" və "Qızıl Qələm" ("Ədalət" qəzetinin kollektivi ilə birlikdə) ədəbi mükafatlarına layiq görülüb.
  • Prezident İlham Əliyevin 10 noyabr 2011-ci il tarixli Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.[4]

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında". 2024-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
  2. ↑ "Əməkdar jurnalist Faiq Sadıqov 60 yaşında". 2024-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
  3. ↑ “Qarabağdan xəbər var...”
  4. ↑ Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Faiq_Sadıqov&oldid=7606017"
LOVE.AZ