Farsimədan[1] (fars. فارسیمدان), bəzi mənbələrdə Farsumadan və ya Eymür — qaşqayları təşkil edən ən böyük beş tayfadan biri.[2][3]
İran mənbələrinə görə, Farsimədan tayfasının ailələrinin sayına və genişliyinə, həmçinin bu ailələrin adlarının müşahidə edilməsi nəticəsində gəlinən qənaətə görə, tarixdə Farsimədan tayfasında fars izlərinə rast gəlmək mümkündür.[4]
Farsimədan tayfasının tarixi sənədləri və məzar daşları göstərir ki, Qacar dövrünün sonuna qədər Eymür tayfasının adı Farsimədan tayfası üçün də işlənmişdir. Eymür Oğuz türklərinin əcdadı Oğuz xanın övladlarından birinin adıdır. Bəziləri hesab edir ki, bu türkdilli tayfa köçəri həyat tərzinə malik olduğu və fars dilini yaxşı bilmədikləri üçün bu adla tanınmışdılar. Bəziləri bunun səbəbini bu tayfanın kişilərinin at sürmədə məharəti və meydan döyüşçüsü kimi şöhrəti hesab edir.[5]