Fatimə İsmayıl xanım (ərəb. الأميرة فاطمة إسماعيل; iyun 1853 – 12 noyabr 1920) — I Misir xidivi Kavalalı İsmayıl Paşanın qızlarından biri.
Fatimə İsmayıl xanım | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | iyun 1853 |
Vəfat tarixi | 12 noyabr 1920(1920-11-12) (67 yaşında) |
Atası | Kavalalı İsmayıl Paşa |
Anası | Şöhrət-fəza xanım |
Ailəsi | Kavalalı ailəsi |
![]() |
1853-cü ilin iyununda Qahirədə dünyaya gəldi.[1] Atası xidiv İsmayıl Paşa, anası isə onun xanımlarından Şöhrətfəza xanımdır.[2]
1871-ci ildə atasının əmisi Kavalalı Səid Paşanın oğlu Mehmed Tosun Paşayla (30 aprel 1853 - 10 iyul 1876) evləndirildi[3] və bu nigahdan 2 övladı dünyaya gəldi.[2]
Ancaq ilk həyat yoldaşının 1876-cı ildə vəfatıyla dul qaldı və ikinci dəfə Mahmud Sırrı Paşayla evləndirildi. İkinci nigahdan 3 oğlu və bir qızı dünyaya gəldi.
18 noyabr 1920-ci ildə Qahirədə vəfat etdi.