. Love.az

Fatime Binti Hesen - Wikipedia - Love.az

Ana Səhifə - Fatime Binti Hesen

Fatimə binti əl-Həsən ibn Əli (ərəb. فاطمة بنت الحسن بن علي‎) — 7-ci əsrdə yaşamış Həsən ibn Əli və Ümmü İshaq binti Təlhənin qızı.[1] O, Əli ibn Hüseyn Zeynülabidin (şiələrin dördüncü imamı) ilə evləndi və Məhəmməd əl-Baqirin (beşinci imam) anası oldu. Onun künyəsi Ümmü Abdullah[2] idi və əri Əli onu əl-Siddiqə ("ən dürüst olan") adlandırırdı.[3] Həmçinin, Həsən ibn Əlinin ailəsindən heç kimsənin ona bənzəmədiyi xüsusiyyətlərin olduğu bildirilmişdir.[4]

Fatimə binti Həsən
Fatimə binti Həsən ibn Əli
فاطمة بنت الحسن
Digər adları Ümmü Abdullah
əl-Siddiqə
Doğum tarixi 7-ci əsr
Doğum yeri Mədinə
Həyat yoldaşı Zeynülabidin
Uşağı Məhəmməd Baqir
Atası Həsən ibn Əli
Anası Ümmü İshaq binti Təlhə
Milliyyəti ərəb
Dini İslam
Fəaliyyəti mühəddis

İstinadlar

redaktə
  1. ↑ Mohamed Raza Dungersi, A Brief Biography of Imam Hasan (A. S) (1994) p. 42
  2. ↑ A Brief History of The Fourteen Infallibles. Qum: Ansariyan Publications. 2004. səh. 117.
  3. ↑ Abu al-Hasan al-'Amili, Diya' al-Amilin, vol. 2. Al-Dur al-Nazim, serial 2879.
  4. ↑ Usul al-Kafi, vol. 1, p. 469.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fatimə_binti_Həsən&oldid=7176374"
LOVE.AZ