. Love.az

Fatma Iqbal Xanim - Wikipedia - Love.az

Ana Səhifə - Fatma Iqbal Xanim

Fatma İqbal xanım (ərəb. السيدة فاطمة إقبال‎; 19 sentyabr 1871, Adapazarı – 20 noyabr 1932, Beşiktaş, İstanbul ili) — Osmanlı şahzadəsi Səlim Süleyman Əfəndinin xanımlarından biri.[1]

Fatma İqbal xanım
Şəxsi məlumatlar
Doğum tarixi 19 sentyabr 1871(1871-09-19)
Doğum yeri
  • Adapazarı, Türkiyə
Vəfat tarixi 20 noyabr 1932(1932-11-20) (61 yaşında)
Vəfat yeri
  • Beşiktaş, İstanbul ili, Türkiyə
Həyat yoldaşı
  • Səlim Süleyman Əfəndi (1893–1909)
Uşağı
  • Mehmed Əbdülhəlim Əfəndi

1871-ci ildə Sakaryanın Adapazarı ilçəsində doğuldu. Abxaz əsilli bir ailəyə mənsub olsa da, yetərli məlumat yoxdur. Dövrün digər saray xanımları kimi, onun da saraya qədərki həyatı haqqında məlumat yoxdur. 12 may 1893-cü ildə Sultan Əbdülməcidin oğullarından Süleyman Əfəndiylə evləndirildi. Cütlüyün bu nigahdan bir oğlu dünyaya gəldi.

  • Mehmed Əbdülhəlim Əfəndi

1909-cu ildə ərinin ölümüylə dul qaldı və övladıyla birlikdə qaynı Sultan Rəşad tərəfindən himayə edildi. Yeganə övladı Əbdülhəlim Əfəndi uzun illər Avropada təhsil aldı və ardından başlayan Birinci Dünya Müharibəsində cəbhədən cəbhəyə göndərildi.

3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, oğlu da ailəsini alaraq Parisə yollandı. Sürgündə İstanbuldan ayrılmayan Fatma İqbal xanım 20 noyabr 1932-ci ildə Beşiktaşdakı evində vəfat etdi.

Mənbə

redaktə

Ədəbiyyat

redaktə
  • Emine Naciye Sultan’ın hayatı (1896-1957). Neval Milanlıoğlu. Yüksek Lisans Tezi. TC Marmara Üniversitesi. İstanbul 2011

İstinadlar

redaktə
  1. ↑ Woronzow, Salome. Şehzade Zevceleri. Osmanlı Hanedanı Gelinleri 1850-1923. GRIN Verlag. p. 5. ISBN 978-3-668-30031-6
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fatma_İqbal_xanım&oldid=7986552"
LOVE.AZ