Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Abdullazadə Fatma Hüseyn qızı (28 may 1948, Bakı) — Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri, 1-ci dərəcə dövlət müşaviri, fizika-riyaziyyat elmləri doktoru.
Fatma Abdullazadə | |
---|---|
19 iyul 2005 – 1 iyun 2017 | |
Sonrakı | Fərəh Əliyeva |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 may 1948(1948-05-28) (76 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | riyaziyyatçı |
Fatma Abdullazadə 28 may 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini, Moskva Dövlət Universitetinin aspiranturasını və SSRİ KP MK-nın İctimai Elmlər Akademiyasını bitirmişdir. Fizika-riyaziyyat elmləri doktorudur.[1]
1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Funksiya və funksional analizin nəzəriyyəsi kafedrasında baş laborant, 1971–1974-cü illərdə isə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin əyani aspiranturasının aspirantı olmuşdur.
1974–1985-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, 1985-ci ildə Azərbaycan KP MK-nın Elm və tədris müəssisələri şöbəsində təlimatçı, 1985–1987-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Partiya komitəsinin katibi, 1987–1989-cu illərdə Azərbaycan KP MK-nın Elm və tədris müəssisələri şöbəsi müdirinin müavini, 1989-cu ildən Azərbaycan Dövlət Neft Akademiyasında dosent, professor, 1993–2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri, 2005–2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışmışdır.